Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Əsas » Ödənişli yolda sürət həddi AÇIQLANDI - Əməl etməyənlər CƏRİMƏLƏNƏCƏK

Əsas / Son xəbərlər / Cəmiyyət

Ödənişli yolda sürət həddi AÇIQLANDI - Əməl etməyənlər CƏRİMƏLƏNƏCƏK


Azərbaycanda ilk ödənişli yol olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolu 2023-cü il oktyabrın 20-də istifadəyə verildi. Bundan sonra əsas müzakirə mövzusu ödənişli yolda maksimum sürət həddi oldu. Lakin hələ də qeyd olunan magistralda hər hansı sürət həddi qoyulmayıb. Bu məsələ dəfələrlə sosial şəbəkələrdə müzakirə obyektinə çevrildi. Bəziləri sürət həddi olmadığı üçün qəzaların və ölü sayının çox olacağı fikrini irəli sürdü. Əksəriyyət də ürəyi istəyən sürətdə sürmək üçün nişan qoyulmamasının tərəfdarı oldu.

Lakin son iki həftə ərzində artıq ikinci xanım sürücü Bakı-Quba-Rusiya ödənişli yolunda yüksək sürətə görə saxlanılaraq, barələrində tədbir görülüb. Qeyd edək ki, həmin xanımlar saatda 200 kilometr civarında avtomobillərini idarə ediblər. Onların saxlanılaraq cərimələnməsi də bir müzakirə məsələsinə çevrilib. Belə ki, həmin yolda heç bir sürət həddi işarəsi qoyulmadığı halda sürücülərin niyə cərimələndiyi çoxlarına qaranlıq qalıb.

İdarənin inspektoru polis baş leytenantı Elvin Hacıyev Lent.az-a açıqlamasında bildirib ki, nişan qoyulmasa belə avtomagistrallarda qüvvədə olan qanun ödənişli yola da aiddir:

"Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mütəmadi olaraq bu istiqamətdə nəzarət-profilaktiki tədbirlər həyata keçirilir. Lakin təəssüflə bildirmək istəyirəm ki, bəzi sürücülər görülən tədbirlərə məhəl qoymurlar və qanunvericiliyin tələblərinə qeyri-ciddi yanaşırlar ki, bu da xoşagəlməz halların yaşanmasına səbəb olur. Mövcud qanunvericiliyin tələblərinə əsasən avtomagistrallarda sürət həddi aşılmamalıdır. Qanunvericiliyi pozanlar barəsində qanunamüvafiq tədbir görülür.

Nəzərə almaq lazımdır ki, ani bir diqqətsizlik xoşagəlməz hallara gətirib çıxara bilər. Bu baxımdan sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına tam ciddi şəkildə riayət etsinlər".

Xatırladaq ki, avtomagistrallarda maksimum sürət həddi 110 km/saat, minimum isə 50 km/saat-dır.