Valyuta məzənnəsi:
21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |     21:00 “Bu, regionda gələcək və davamlı sülhə yönəlib” - Ermənistan Prezidenti  |     20:35 Elcan Dilarənin geyiminə "İLİŞDİ": "Qışda açıq-saçıq, yayda bu nə geyimdi?" - VİDEO  |     20:30 Bakıda avtobusda yaşlı kişidən xanıma ƏXLAQSIZ HƏRƏKƏT - VİDEO  |     20:05 Azərbaycanın iki badmintonçusu Paris-2024-də  |     19:20 Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlandı  |     19:00 Türk futbolçu İngiltərə nəhənginə transfer olur  |     18:44 Tacir kiçik oğlu üçün AĞLADI - VİDEO  |     18:01 Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini geridə qoydu  |     17:22 Vəzifəli şəxslərin siyahısı genişləndirildi  |     17:11 “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırıldı  |     16:35 "Bu, onların öz qərarıdır" - Musa Qurbanlı  |     16:03 Müşfiq efirdə ona söz atan parodistin CAVABINI VERDİ: "Mən onları..." - VİDEO  |     15:20 Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq  |     13:00 Fatih Terim geri qayıdır  |     20:35 Azərbaycanlı aparıcıdan MARAQLI RƏQS - VİDEO  |     20:35 Ulduz futbolçu “Çelsi”dən gedir  |     20:30 Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO  |     20:11 Atasına görə efirdə göz yaşı tökdü - VİDEO  |     19:15 Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı  |    
CityNews.az » Son xəbərlər » Bu kanalın yayımı 8 saatlıq dayandırılacaq

Son xəbərlər / Əsas / Cəmiyyət

Bu kanalın yayımı 8 saatlıq dayandırılacaq


Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Şuradan Citynews.Az-a verilən məlumata görə, iclasda son günlər geniş müzakirə olunan, yeniyetmə qızların bir-birinə təhqiredici davranışlarını əks etdirən videogörüntülərin televiziya efirlərində nümayişi ilə bağlı vəziyyət müzakirə olunub.

Bu xüsusda, 20 fevral 2024-cü il tarixdə "MTV" televiziya kanalının efirində 12.00-15.00 arası yayımlanan "Tarixin bir günü" proqramında həmin mövzunun işıqlandırılması zamanı "Media haqqında" Azərbaycan Respublikasının Qanunun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir); 14.1.9-cu (böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir) və 15.1.5-ci (yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına media subyekti və jurnalist tərəfindən yol verilmir) maddələrinin tələblərinin pozulması faktları müzakirə edilib.

Sözügüdən proqramın yayımı zamanı yeniyetmə qızlardan birinin digərinə qarşı nalayiq və təhqiredici hərəkətlərini həmin qızın doğulduğu məkanla əlaqələndirilməsi və bununla da həmin yaşayış məntəqəsində məskunlaşanlara ayrıseçkilik təbliğ olunaraq onların təhqir olunması, habelə həmin nalayiq hərəkətləri edən yeniyetmə qızın üzünün açıq göstərilməsi halları qanunvericiliyin tələblərinin birbaşa pozuntusu kimi qiymətləndirilib.

Audiovizual Şura üzvlərinin yekdil fikri ilə bu pozuntulara yol vermiş "MTV" televiziya kanalının efirinin müvəqqəti (27 fevral 2024-cü il tarixdə, saat 09.00-dan 17.00-dək 8 saat müddətinə) dayandırılması haqqında qərar qəbul olunub.