Valyuta məzənnəsi:
21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |     21:00 “Bu, regionda gələcək və davamlı sülhə yönəlib” - Ermənistan Prezidenti  |     20:35 Elcan Dilarənin geyiminə "İLİŞDİ": "Qışda açıq-saçıq, yayda bu nə geyimdi?" - VİDEO  |     20:30 Bakıda avtobusda yaşlı kişidən xanıma ƏXLAQSIZ HƏRƏKƏT - VİDEO  |     20:05 Azərbaycanın iki badmintonçusu Paris-2024-də  |     19:20 Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlandı  |     19:00 Türk futbolçu İngiltərə nəhənginə transfer olur  |     18:44 Tacir kiçik oğlu üçün AĞLADI - VİDEO  |     18:01 Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini geridə qoydu  |     17:22 Vəzifəli şəxslərin siyahısı genişləndirildi  |     17:11 “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırıldı  |     16:35 "Bu, onların öz qərarıdır" - Musa Qurbanlı  |     16:03 Müşfiq efirdə ona söz atan parodistin CAVABINI VERDİ: "Mən onları..." - VİDEO  |     15:20 Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq  |     13:00 Fatih Terim geri qayıdır  |     20:35 Azərbaycanlı aparıcıdan MARAQLI RƏQS - VİDEO  |     20:35 Ulduz futbolçu “Çelsi”dən gedir  |     20:30 Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO  |     20:11 Atasına görə efirdə göz yaşı tökdü - VİDEO  |     19:15 Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı  |    
CityNews.az » Son xəbərlər » “Peşəkar 100 il” idarəçilik marafonu başa çatıb

Son xəbərlər / Cəmiyyət

“Peşəkar 100 il” idarəçilik marafonu başa çatıb


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Peşəkar 100 il” idarəçilik  marafonu başa çatıb.


2 ay boyunca davam edən marafon çərçivəsində ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən 100 nəfərdən artıq işgüzar şəxsə ödənişsiz şəkildə idarəçilik təlimləri və ustad dərsləri keçirilib.


Məqsəd bütün sahələrdən olan gənc sahibkarlar və menecerləri Ulu öndərin zəngin idarəçilik təcrübəsinin çevik, strateji və innovativ tərəfləri barədə məlumatlandırmaq, onun uzaqgörən siyasətinin ən mühüm komponentlərindən biri olan Azərbaycanın yüksək idarəetmə qabiliyyətinə malik güclü kadr potensialının formalaşmasına dəstək olmaqdır. 


Marafonun açılış tədbiri Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun, Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynlinin,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın və Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənovun iştirakı ilə baş tutub.


ASAN İnnovativ İnkişaf Mərkəzi Mərkəzi  "İnnovasiyalar Mərkəzi"nin təşkilatçılığı ilə yaradılıb. Mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, eyni zamanda innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə gənclərin işsizlik problemlərinin həllinə, yüksək ixtisaslı kadrların hazırlanmasına, həmçinin müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.