Valyuta məzənnəsi:
19:07 Azərbaycanda zəlzələ oldu  |     18:48 "Neftçi" "Everton"un keçmiş hücumçusunu alır - FOTO  |     18:01 “Xeyir iş istəmirəm, öləndə biri aparıb basdıracaq" - VİDEO  |     17:10 Toyda gəlinin bəyə kobud hərəkəti TƏNDİQ EDİLDİ - VİDEO  |     17:00 Rusiya bu ölkə ilə PUA istehsal edəcək  |     16:00 Şolts Trampa meydan oxudu  |     15:00 Bu ölkə İsrailə 7,4 milyardlıq silah verir  |     14:50 "Qarabağ"ın ulduzu məşhur kluba transfer olunur?  |     13:35 “Formula 1”in ən çox qazanan 10 sürücüsü  |     13:15 Bu axşam hansı matçlar var?  |     13:00 Tramp Zelenski ilə bu şəhərdə görüşəcək  |     12:58 Aysunun ailəsi ilə duyğusal anları - VİDEO  |     12:41 Sabah qar yağacaq - yollar buz bağlayacaq  |     12:33 "Kürəkənlərim əfi İLANDIR"  |     12:27 DYP-dən hərəkət iştirakçılarına XƏBƏRDARLIQ  |     12:22 İdman "Turan Tovuz kolumbiyalı futbolçu transfer etdi - FOTO  |     10:45 Hamı onların nişanından DANIŞIR - FOTO  |     10:00 “Real” “Arsenal”ın ulduzunu istəyir  |     09:58 “Bakı Metropoliteni”ndə yeni TƏYİNAT  |     09:23 Bu qatarların sürət həddi endirildi  |    
CityNews.az » Son xəbərlər » TANINMIŞ MƏŞQÇİ AZƏRBAYCAN ŞAHMATÇILARIYLA İŞLƏYƏCƏK

Son xəbərlər / İdman

TANINMIŞ MƏŞQÇİ AZƏRBAYCAN ŞAHMATÇILARIYLA İŞLƏYƏCƏK


Azərbaycan Şahmat Federasiyasının dəvətiylə şahmat dünyasında tanınmış mütəxəssis Vladimir Çuçelov Bakıya gəlib. Səfərdə əsas məqsəd Bakıda gənc şahmatçılar üçün təşkil olunacaq bir həftəlik təlim-məşq toplanışına rəhbərlik etməkdi.

AŞF ilə Vladimir Çuçelov arasında əldə olunan razılığa əsasən hazırlıqdan sonra məşqçi hər bir şahmatçı barədə rəy təqdim edəcək. Bundan sonra Çuçelovla əməkdaşlığın müddəti dəqiqləşəcək. 

Gənclərdən ibarət komanda üzvləri üçün təşkil edilən təlim-məşqin ilk günündə Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov da iştirak edib. AŞF rəhbəri bundan sonra da şahmatçılara lazımi bütün şəraitin yaradılacağını bildirib. 

Qeyd edək ki, tanınmış mütəxəssis Vladimir Çuçelov uzun illər dünyanın ən reytinqli şahmatçılarıyla işləyib, onların inkişafında yaxından iştirak edib. Müxtəlif illərdə V.Çuçelov Teymur Rəcəbov, Fabiano Karuana, Aniş Giri, Vidit Qucrati, Hou İfan kimi tanınan şahmatçıların məşqçisi olub. Mütəxəssis 2014-cü ildə Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən ilin ən yaxşı məşqçisi seçilib.