Valyuta məzənnəsi:
19:06 "Yatanda burnunuzu çıxardın" - VİDEO  |     18:33 Kəmalənin bu hərəkəti müzakirə səbəbi oldu - VİDEO  |     18:04 Təranənin kürəkəni: "Xanımım evdə uşaqlara baxsın, müğənni olmasın” - VİDEO  |     17:30 Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı - VİDEO  |     16:44 "Elnarə, səsin üçün ölərəm" - VİDEO  |     16:01 Xalq artistini görənlər TANIMADI - VİDEO  |     15:45 85 yaşlı amerikalını görən 65 yaşlı azərbaycanlı ŞOK YAŞADI - VİDEO  |     15:16 Azərbaycanlı aparıcı çəkilişdə QORXULU ANLAR YAŞADI - VİDEO  |     13:35 "Azərbaycan kişisinin əsas işi qadınına layiq olmaqdır" - VİDEO  |     12:49 "4 dəqiqəyə 7 min qazanıram" - VİDEO  |     11:52 Şəbnəm ilk dəfə döyülməsindən danışıb AĞLADI - VİDEO  |     10:36 "Heç bir plastik əməliyyat etdirməmişəm, mənə Jennifer Lopez deyirdilər" - VİDEO  |     10:11 "İki küpəgirən qarı" tamaşasının premyerası olacaq - FOTO  |     18:51 "Mənim üçün atam ölüb" - VİDEO  |     16:35 Bahar onunla foto çəkdirmək istəyən kişini BELƏ PƏRT ETDİ - VİDEO  |     14:15 Dubaya köçən Afaq da TİKTOKA QOŞULDU - VİDEO  |     13:16 Tacir şalvarını ələ salanların CAVABINI VERDİ - VİDEO  |     11:24 "Rüfətlə şəkil çəkdirmirəm, adamı QUCAQLAYIR" - VİDEO  |     10:35 "İnterneti çıxardan yox olsun" - VİDEO  |     09:33 "Mən axtarışda olan qadın olmamışam" - VİDEO  |    
CityNews.az » Son xəbərlər » Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib, mübarizəyə ilk olaraq qızlar başlayıb

Son xəbərlər / İdman

Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib, mübarizəyə ilk olaraq qızlar başlayıb


Fevral ayının 23-25-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində keçirilən yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb. Yarışda ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edir.

Birinciliyinin açılış mərasimində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edib. O, ölkəmizdə idmana dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini qeyd edib, bir neçə gün əvvəl Bolqarıstan paytaxtı Sofiyada başa çatan Avropa çempionatında atletimiz Dadaş Dadaşbəylinin 3 qızıl medalla çempion olduğunu xatırladıb, onun bu qələbəsinin gənc nəsil üçün böyük stimul və nümunə rolunu oynayacağına əminliyini ifadə edib. Yarış açıq elan edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib, sonda bu il yubileylərini qeyd edən mütəxəssislər – Elxan Süleymanov və Sədrəddin Kazımova AAF-ın fəxri fərmanı və hədiyyələri təqdim edilib.

Yarışda ilk olaraq qızlar körpücük üzərinə çıxıblar. Onlar 40, 45, 49, 55, 59, 64, 71, 76, 81 və +81 kq çəki dərəcələrində qalibləri müəyyən ediblər. Bu çəkilərdə müvafiq olaraq Maya Bağırlı, Nuray Əbilova, Malika Bikeçuyeva, Ravilya Abbasova, Milena Hüseynli, Aytən Əliyeva, Zəhra Niftəliyeva, Arzu Qədimova, Mələk Hüseynli, Nuranə Məhərrəmova qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.