Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » “Neftçi” və “Qarabağ” cəzalandırıldı

Əsas / Son xəbərlər / İdman

“Neftçi” və “Qarabağ” cəzalandırıldı


AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Citynews.Az bildirir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXV turunda baş verənlər müzakirə olunub.

Komitə müvafiq qərarlar verib. "Turan Tovuz"la oyunda qırmızı vərəqə alan "Zirə"nin futbolçusu İssa Cibrila 1 matç cəzalanıb, klubu 800 manat cərimə edilib. "Qəbələ" - "Səbail" qarşılaşmasında meydan sahiblərini azlıqda qoyan Lukas Afrikonun da cəzası eyni olub.

Komitə "Neftçi" - "Qarabağ" matçı ilə də bağlı qərarlar verib. 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimələnib. Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Neftçi" 800 manat ziyana düşüb.

Paytaxt klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "Neftçi" klubu 1000 manat cərimə edilib. "Qarabağ" azarkeşləri tərəfindən rəqib futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat cərimə ödəyəcək.