İlham Əliyev Bakıda beynəlxalq konfransda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
...
Əsas / Son xəbərlər / İdman
Qadın futbolçular arasında AVRO-2025-in seçmə mərhələsinin püşkü atılıb.
İdman.Biz tədbirdə Azərbaycan millisinin rəqibləri də bəlli olub.
B liqasında yer alan Siyasət Əsgərovun çalışdırdığı yığmamız 1-ci qrupunda mübarizə aparacaq. Komandamızın rəqibləri İsveçrə, Macarıstan və Türkiyə olacaq.
Liqa mərhələsinin görüşləri aprel-iyul aylarında keçiriləcək. Pley-off matçları oktyabr-noyabrda baş tutacaq.
Qeyd edək ki, AVRO-2025-in final mərhələsi gələn il iyulun 2-27-də İsveçrədə təşkil olunacaq.