Valyuta məzənnəsi:
19:07 Azərbaycanda zəlzələ oldu  |     18:48 "Neftçi" "Everton"un keçmiş hücumçusunu alır - FOTO  |     18:01 “Xeyir iş istəmirəm, öləndə biri aparıb basdıracaq" - VİDEO  |     17:10 Toyda gəlinin bəyə kobud hərəkəti TƏNDİQ EDİLDİ - VİDEO  |     17:00 Rusiya bu ölkə ilə PUA istehsal edəcək  |     16:00 Şolts Trampa meydan oxudu  |     15:00 Bu ölkə İsrailə 7,4 milyardlıq silah verir  |     14:50 "Qarabağ"ın ulduzu məşhur kluba transfer olunur?  |     13:35 “Formula 1”in ən çox qazanan 10 sürücüsü  |     13:15 Bu axşam hansı matçlar var?  |     13:00 Tramp Zelenski ilə bu şəhərdə görüşəcək  |     12:58 Aysunun ailəsi ilə duyğusal anları - VİDEO  |     12:41 Sabah qar yağacaq - yollar buz bağlayacaq  |     12:33 "Kürəkənlərim əfi İLANDIR"  |     12:27 DYP-dən hərəkət iştirakçılarına XƏBƏRDARLIQ  |     12:22 İdman "Turan Tovuz kolumbiyalı futbolçu transfer etdi - FOTO  |     10:45 Hamı onların nişanından DANIŞIR - FOTO  |     10:00 “Real” “Arsenal”ın ulduzunu istəyir  |     09:58 “Bakı Metropoliteni”ndə yeni TƏYİNAT  |     09:23 Bu qatarların sürət həddi endirildi  |    
CityNews.az » Digər » Müsahibə » Renka Ağamuradova: "Məni qaçırıb 5-ci arvad etmək istəyirdi" - FOTO+VIDEO

Müsahibə / Cəmiyyət / Maqazin

Renka Ağamuradova: "Məni qaçırıb 5-ci arvad etmək istəyirdi" - FOTO+VIDEO


Rəqqasə Renka Ağamuradova səfər etdiyi Mərakeşdə gözlənilməz hadisələr ilə rastlaşıb.

Belə ki cazibədar rəqqasənin başına iş gəlib.

Bu barədə Magazinews.Az-a müsahibə verən Renka Mərakeşə getmə səbəbindən danışıb:

“Video çarx çəkilişi üçün ora getmişdim. Fotossesiya da etdik, yaxında çıxacaq. Əslində getməyi çoxdan düşünürdüm. Saxaraya getdik, çox maraqlı idi. Dəvələr, ümumilikdə hər yer şərq abu-havasında idi. Hara gedirsən, çox ləzzət edirdi. Qayıtmaq istəmirdim. Dubay artıq şərqliyini itirib, daha çox müasirləşib. Mərakeş isə sırf şərqdir. Orada bir satış yeri vardı, qədimi şeylər satırdılar. Hara gedirdimsə, çoxlu hədiyyələr verirdilər. Hansı maqazinin önündə dayanıb, şirin-şirin söhbət edirdimsə, bir də görürdüm, hədiyyələr verirlər. Gəzmək çox yaxşıdır. İnsanın dünya görüşü artır. Çox bahalı yer deyil. 12 günə 5 min xərcim çıxdı, zarafat deyil, dörd təyyarə dəyişmişəm”.

Yeni layihəsi, həmçinin gəzmək üçün üz tutduğu ərəb ölkəsində rəqqasə oğruların hədəfi olub.

“Mərakeşin Morocco və Kasablanka şəhərlərində olduq. Ancaq çox təhlükəli şəhərdir, az qala çantamı oğurlayacaqdılar. Şəhərdə motosikl və mopedlər çoxdur. Çantamı mopedlə qaçırmaq istədilər. Bərk yapışmışdım deyə, əlindən ala bildim. Telefonum, hər şey içində idi. Çantanı gərək önündə saxlayasan, yan və arxada saxlamaq olmaz. Sağ olsunlar, oradakı polislər bizə kömək etdilər”.
 
Rəqsləri ilə ağılları başdan alan Rəna daha bir gözlənilməz halla üz-üzə qalıb. Rəqqasəni bu dəfə də qaçırmaq istəyiblər:

“Hamı deyir, oranın qəşəng qızları çoxdur, ancaq boş söhbətdir. Şəhərdə balaca bazar var idi, bir nəfərdən əlimdən tutub, məni aparmaq istəyirdi. Ərəb dilində nəsə deyirdi. Müəlliməm də yanımda idi.  O, da nə baş verdiyini başa düşmədi. Nə məsələ olduğu ilə maraqlandı. Ərəb elə bilib ki, mən də ərəbəm. Öz dillərində “lə-lə”(yox-yox) -“mənimlə getməlisən” deyirdi. Əlimdən buraxmaq istəmirdi, mənimlə gedəcəksən deyirdi. Yəqin məni qaçırıb 5-ci arvad etmək istəyirdi. Güclə əlindən çıxdım. Sonra başa saldılar ki, zarafat edirdilər. Yəni ərəblə qaçıb eləmədim, canınız məndən qurtara bilmədi (gülür) Danışıqları aqressivdir deyə, səninlə dava etdiklərini sanırsan“.


Tural Hüseyn
Magazinews.Az