Valyuta məzənnəsi:
17:30 Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək  |     16:41 İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib  |     16:18 Qara Qarayev "Neftçi"dən ayrılıb - RƏSMİ  |     15:15 iPhone 16 Azərbaycana gətirildi - "Çeşka" qiymətinə satılır  |     15:00 Türkiyədə qəribə GÖRÜNTÜ: Bara gedən rus qızı şok oldu - VİDEO  |     14:36 Ağdamda “İmarət” stadionunun təməli qoyulub  |     14:08 "Altı-bazar yanıma gəl, nə deməkdir?" - VİDEO  |     13:50 DYP-dən sürücülərə XƏBƏRDARLIQ  |     13:25 Millimiz FİFA reytinqində gerilədi  |     13:20 “Kəpəz”in yeni transferi: “Bunu qarşılanmağımdan hiss etdim”  |     12:23 Nigar idman zalından VİDEO paylaşdı  |     09:36 Səmradan maraqlı paylaşım - VİDEO  |     09:06 Çempionlar Liqası: “Mançester Siti”dən xal itkisi, PSJ son dəqiqədə sevinib  |     08:15 Çempionlar Liqası: “Seltik"dən darmadağın, "Borussiya"dan səfər qələbəsi  |     21:32 “Bu, Qərb ölkələri üçün biabırçılıqdır” - İran lideri  |     20:30 Ana və qızı eyni anda DOĞDU - VİDEO  |     20:22 Quterreş Livandakı partlayışlardan danışdı  |     20:20 Narin cinayətində ağlasığmaz iddia - DETALLAR  |     20:10 ÇL: Oyunları yayımlayacaq kanallar  |     19:38 İsraillə müharibəyə hazırlıqla bağlı tapşırıq verildi  |    
CityNews.az » Son xəbərlər » Azərbaycanın turizm imkanları Almaniyanın Berlin şəhərində nümayiş olunur

Son xəbərlər / Turizm

Azərbaycanın turizm imkanları Almaniyanın Berlin şəhərində nümayiş olunur


Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 5-7 mart tarixlərində dünyanın aparıcı turizm sərgilərindən biri olan “ITB Berlin”də təqdim olunur.


Milli stenddə Azərbaycanı “Azərbaycan Hava Yolları” QSC, hotel və turizm şirkətləri daxil olmaqla, ümumilikdə 14 sənaye tərəfdaşı təmsil edir.


Sərgi çərçivəsində digər ölkələri təmsil edən turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir. Həmçinin ziyarətçilərə Azərbaycanın tarixi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş mədəni obyektləri, milli mətbəxi, “Slow Food” və “Slow Wine” təcrübələri və digər turizm imkanları barədə ətraflı məlumat verilir.


Sərgidə VR (Virtual Reallıq) eynəyi vasitəsilə Azərbaycanın turizm imkanlarını əks etdirən görüntülər nümayiş olunur. 


Milli stendimizi Azərbaycan Respublikasının Almaniyadakı səfiri Nəsimi Ağayev, Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşvili, Dünya Səyahət və Turizm Şurasının prezidenti və baş icraçı direktoru Culiya Simpson da ziyarət edib.