Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Son xəbərlər » “Yuventus”un türkiyəli ulduzunun maaşı 4 dəfə artacaq?

Son xəbərlər / İdman

“Yuventus”un türkiyəli ulduzunun maaşı 4 dəfə artacaq?


"Yuventus" rəhbərliyi 18 yaşlı hücumçu Kənan Yıldızla müqaviləni 2029-cu ilə qədər uzatmaq üçün çalışır.

Oxu.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində (keçmiş "Twitter") jurnalist Nikolo Skira məlumat verib.

Mənbənin məlumatına görə, Turin klubu futbolçuya məvacibini dörd dəfə artırmaqla müqavilə təklif edir. Mövcud əmək müqaviləsinə görə, Yıldızın ildə 300 min avro qazandığı vurğulanır. "Yuventus" türkiyəli futbolçuya illik 1-1,2 milyon avro maaş təklif etməyə hazırdır.

"Qoca sinyora" son transfer pəncərəsində digər Avropa klublarından Yıldız üçün gələn transfer təkliflərini rədd edib.

Xatırladaq ki, bu mövsüm türkiyəli hücumçu bütün turnirlərdə 26 matçda iştirak edib, beş qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

"Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 10 milyon avrodur.