Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » İlham Əliyev Albaniya Prezidenti ilə görüşüb

Əsas / Son xəbərlər / Siyasət

İlham Əliyev Albaniya Prezidenti ilə görüşüb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

AZƏRTAC bildirir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, Prezident İlham Əliyevin Albaniyaya dövlət səfərinin, Prezident Bayram Beqayın isə ölkəmizə rəsmi səfərinin əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edildi. Bu ilin martında Albaniyanin Baş naziri Edi Ramanın ölkəmizə səfərinin əhəmiyyətinə toxunuldu.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyəti və bu layihənin enerji təhlükəsizliyinin təmin olunmasında rolu bir daha qeyd edildi. Azərbaycan tərəfindən Albaniyaya investisiya qoyuluşu məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə əlaqələrimizin inkişafında müsbət dinamizm məmnunluqla vurğulandı.

Söhbət zamanı XI Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın güclənməsi işinə xidmət etdiyi qeyd olundu.