Valyuta məzənnəsi:
20:35 Azərbaycanlı aparıcıdan MARAQLI RƏQS - VİDEO  |     20:35 Ulduz futbolçu “Çelsi”dən gedir  |     20:30 Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO  |     20:11 Atasına görə efirdə göz yaşı tökdü - VİDEO  |     19:15 Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı  |     19:08 Səmranın idman zalından paylaşımı GÜNDƏM OLDU - VİDEO  |     18:36 Zeynəb kriteriyalarını SADALADI: "Boyu elə olsun ki..." - VİDEO  |     18:06 Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb  |     17:51 Baş nazirdən su təchizatı ilə bağlı qərar  |     17:44 Damlanın estetiksiz halı - VİDEO  |     17:25 Stoltenberq: Ukrayna NATO-nun üzvü olacaq  |     17:03 Ançelotti Ardaya görə ulduz futbolçuların üstündən xətt çəkdi  |     16:53 "Mənə salam vermirlər" - VİDEO  |     13:25 Bakıda yeni park salınacaq  |     11:20 “Qarabağ”ın 30 oyunluq seriyası qırıldı  |     18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |    
CityNews.az » Əsas » Qurban Qurbanov: “İngilis hakiminə yaraşmayan bir qırımızı vərəqə oldu”

Əsas / Son xəbərlər / İdman

Qurban Qurbanov: “İngilis hakiminə yaraşmayan bir qırımızı vərəqə oldu”


“Düşünmək üzücüdür. Hər iki oyunda şansımız oldu. Amma son dəqiqələrdə qapımızda qollar gördük”.


İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının 1/8 finalında Almaniya “Bayer”inə məğlubiyyəti dəyərləndirib. Bu gün Bakıya qayıdan Qurbanov Heydər Əliyev Beynəlxalq Hava Limanında verdiyi müsahibəsində bildirib ki, avrokubokda mübarizəni dayandırsalar da, çox şeylər əldə ediblər: “Futbolçularıma təşəkkür edirəm. Ən azından bu il komanda olaraq azarkeşlərimizi yaxşı futbol nümayiş etdirməklə sevindirdik. İstəyirdik ki, bir mərhələ də irəliləyək. Amma qarşımızda çox ciddi rəqib var idi. Oyunun sonlarında azlıqda qalmaq da hər şeyə təsir elədi. Hər şeyə rəğmən futbolçularımız yaxşı mübarizə apardılar və sona kimi dözdülər”.

- İngilis hakim Entoni Teylorun 62-ci dəqiqədə Elvin Cəfərquliyevə göstərdiyi qırmızı vərəqəni necə dəyərləndirərdiz?

- ⁠Epizodlara baxdım. Bəlkə də fikir bildirmək düzgün olmaz, amma ingilis hakiminə yaraşmayan bir qırımızı vərəqə oldu. İngiltərə Premyer Liqasında həmin epizodda, bəlkə də, heç cərimə zərbəsi təyin etmirlər. VAR-dan çağırış gəldi, ancaq yenə də söz sahibi o, idi.

- ⁠Bu barədə Elvinlə söhbət etdiz?

- ⁠Oyundan sonra heç kimlə danışmadım. Çünki etiraz bildirməyim düzgün olmazdı. Oyundan sonra hamı fərqli hisslər keçirdirdi, üzgün idi. Bu səbəbdən də kiməsə irad bildirmək düzgün olmazdı. Yenə də diqqətli olmalı, daha tez oynamağı bacarmalıdırlar. Bu cür oyunlarda belə bəsit qırmızı vərəqələr olur. Amma hər bir halda mən qəbul etmirəm.

- ⁠Matçda 2:0 öndə olmağınıza baxmayaraq, rəqib geridönüş etdi. Bunun səbəbini nə ilə izah edərdiniz?

- ⁠Burada rəqibin gücünü nəzərə almaq lazımdır. Bundelsliqada biz “Bayer”in keçirdiyi oyunlara baxsaq görərik ki, çox qollara sonuncu dəqiqələrdə imza atıblar. Bu da komandanın dözümlüyündən və düzgün formalaşamasından irəli gəlir. Ustalıq, fiziki güc, ilboyu bu cür oyunlarda çıxış etmək və s. hamısı əsas amillərdir. Amma biz sonadək mübarizə apardıq.

- ⁠Sizə və futbolçularınıza bəzi təkliflərin olunması barədə məlumatlar yayılıb. Bu barədə nə deyə bilərsiz?

- ⁠Mən hazırda başqa komandaya keçmək barədə düşünmürəm. İnanın ki, kiminsə mənimlə maraqlanıb və maraqlanmaması maraqlı deyil. Komandama çox bağlıyam və sadiqəm.

- ⁠Daha da irəli getmək üçün nə lazımdır?

- ⁠Görüləsi işlər çoxdur. Daha da çox çalışmalıyıq və düşünməliyik. Biz daim öz əlimizdə olan heyəti qoruyub-saxlamaq istəmişik. Amma əfsuslar olsun ki, bu, bəzən alınmır. Bunun da komandaya faydası olub. Avropa futbolunun “transfer bazarı”na girmək böyük uğurdur. Oyunçularımızla maraqlanırlarsa, bunun bizə gələcəkdə ancaq xeyri dəyəcək. Bizdən asılı olan hər şeyi etmişik. Lazım olan futbolçuları isə daim saxlamaq istəyirik.

- ⁠Bundan sonra daxili çempionata köklənmək çətin olmayacaq?

- ⁠Xeyr, biz illərlə belə oynamışıq. Sadəcə, Tovuza getmək bir az çətin olacaq. Sonrasını isə artıq düşünərik.

- ⁠Alternativ futbolçu axtarışları davam edir?

- ⁠Bu sahədə biz həmişə düşünmüşük. Ola bilər ki, hansısa vaxtlarda bu məsələyə az vaxt ayıra bilərik. Amma ilboyu bu barədə danışıqlar aparırıq.

Qeyd edək ki, Leverkuzendəki “BayArena”da təşkil olunan matçda 2:3 hesabı ilə uduzan “Qarabağ” avrokubok mövsümünü başa vurub.