Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Son xəbərlər » “Zirə” qalib gəlib, "Araz-Naxçıvan" və “Qəbələ” 1 xala razı olub

Son xəbərlər / İdman

“Zirə” qalib gəlib, "Araz-Naxçıvan" və “Qəbələ” 1 xala razı olub


Bu gün Azərbaycan Premyer Liqasında XXVII turun daha 2 oyunu keçirilib.

İdman.biz xəbər verir ki, hər iki qarşılaşma paytaxtda baş tutub.

“Zirə” “Kəpəz”i Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Son 3 turda uduzmayan Gəncə klubu uğurlu seriyanı davam etdirə bilməyib. Rəşad Sadıqovun komandası 2:1 hesabı ilə qalib gələrək, 3-cü pilləyə yüksəlib. Oyunda hər üç qol fasilədən sonra vurulub.

“Araz-Naxçıvan”ın 3, “Qəbələ” isə 5 oyunluq məğlubiyyət seriyası başa çatıb. 90 dəqiqə ərzində tərəflər hərəyə 1 qol vuraraq, 1 xala razı olublar. Kaxaber Tsaxadaze Qəbələ klubunda ilk xalını qazanıb.

Qeyd edək ki, tura martın 17-də yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXVII tur
16 mart
16:00. “Zirə” – “Kəpəz” - 2:1
Qollar: 
Salifu Suma, 60, Qismət Alıyev, 77 - Martins Junior, 90+4
Baş hakim: Kamal Umudlu
“Zirə”: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 99. Nazim Həsənzadə, 55. Ramin Abdullayev, 5. Stefan Aka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim
Baş məşqçi: Rəşad Sadıqov
“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 91. Latir Fal, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 15. Cavad Kərimov
Baş məşqçi: Adil Şükürov
Tofiq Bəhramov adına Respublika stadionu