Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Son xəbərlər » Bolqarıstan millisinin baş məşqçisi: “Azərbaycan ciddi rəqibdir”

Son xəbərlər / Əsas / İdman

Bolqarıstan millisinin baş məşqçisi: “Azərbaycan ciddi rəqibdir”


"Biz bu turnirdə iştirak etməyə razılaşdıq. Çünki Azərbaycan bizim üçün çox yaxşı şərait yaradır və bu iki görüş üçün çox uzağa getməyəcəyik".

İdman.biz xəbər verir ki, bunu futbol üzrə Bolqarıstan millisinin baş məşqçisi İlian İliyev deyib.

Mütəxəssis Bakıda keçiriləcək "FIFA series – Edition 2024"lə bağlı fikirlərini açıqlayıb. O, turnirdə iştirak edəcək Azərbaycan millisini xüsusi fərqləndirib: "İsveçi 3:0 hesabı ilə məğlub ediblər. Azərbaycan hörmətə layiq ciddi rəqibdir. Milli komandanın heyətində Avropa Liqasında uğurla çıxış edən "Qarabağ"dan çoxlu futbolçular var. Yeri gəlmişkən, Bolqarıstanda yoldaşlıq oyunu keçirməyə də artıq razılaşmışıq. Digər rəqibimiz Tanzaniya millisi də yaxşıdır, onlar son Afrika kubokunda iştirak ediblər, onlara qarşı oynamaq da maraqlı olacaq".

Milli ilə birlikdə yerli "Çerno More"ni də çalışdıran İliyev bolqarıstanlı futbolçulara Azərbaycan klublarına üz tutmağı da məsləhət görüb: "İnanıram ki, bolqar futbolçuların yaxşı, rəqabətli liqanın olduğu Azərbaycanda çıxış etməsi yaxşı olardı. "Qarabağ"da "Çerno More"nin iki keçmiş futbolçusu var. Komandada Patrik Andrade və Leandronun işini izləyirik və uğurlarına sevinirik. Amma düzünü desəm, onlarla tez-tez ünsiyyət qurmuram. Ümid edirəm ki, Bakıda görüşəcəyik".

55 yaşlı mütəxəssis Bolqarıstanda top qovan Cəlal Hüseynovun çıxışı haqqında da danışıb: "Arda"nın futbolçusu, azərbaycanlı müdafiəçi Cəlal Hüseynov ölkəmizdə çıxış edir. Düşünürəm ki, Bolqarıstan çempionatı onun peşəkar inkişafına kömək edəcək, çünki o, hələ gəncdir".

Qeyd edək ki, Azərbaycan Bolqarıstan yığması ilə martın 25-də saat 20:00-da qarşılaşacaq.