Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » İlham Əliyev Putinə təbrik məktubu göndərib

Əsas / Son xəbərlər / Siyasət

İlham Əliyev Putinə təbrik məktubu göndərib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

President.az bildirir ki, mətndə deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Rusiya Federasiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə inamlı qələbəniz dövlətçiliyin möhkəmləndirilməsinə, davamlı sosial-iqtisadi inkişafa və ölkə əhalisinin rifahının yüksəldilməsinə yönəlmiş kursa rusiyalıların yüksək inamından və fəal dəstəyindən xəbər verir.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər sabit inkişafı ilə seçilir. Sevindirici haldır ki, bu gün xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan bu əlaqələr müttəfiqlik münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda uğurla genişlənir və möhkəmlənir, onlara yeni məzmun əlavə olunur.

Əminəm ki, birgə səylərimiz bundan sonra da Azərbaycan-Rusiya hərtərəfli tərəfdaşlığının dərinləşməsinə, ikitərəfli gündəlikdə duran cari vəzifələrin həyata keçirilməsinə, ölkələrimizin və xalqlarımızın firavanlığı naminə bütün sahələrdə səmərəli qarşılıqlı fəaliyyətin təmin edilməsinə yönəldiləcək.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, dost Rusiyanın rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram"