Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Əsas » Fransa NATO-dan çıxacaq?

Əsas / Son xəbərlər / Siyasət / Dünya

Fransa NATO-dan çıxacaq?


Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir.

Oxu.az xəbər verir ki, bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib.

Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisində seçiləcəyi təqdirdə NATO-dan çıxmaqla bağlı mövqeyini qoruyub-saxlayacaq.

"Həmişə təkidlə üzərində durduğumuz təklifdə müharibə nəzərə alınmırdı. Müharibə dövründə müqavilələr dəyişdirilmir", - o bildirib.

Fransanın NATO-dakı rolu ilə bağlı ona verilən suallara cavab olaraq Bardella ABŞ-nin keçmiş prezidenti Donald Tramp və indiki lideri Co Bayden haqqında danışıb. Onun fikrincə, alyansın gələcəyi ABŞ-də prezidentlik yarışının nəticələrindən asılıdır.

Ultrasağçıların lideri ABŞ-dəki seçkidə daha çox Trampın qalib gəlməsinin tərəfdarı olduğunu vurğulayaraq, onun iqtisadi siyasətini tərifləyib və Baydenin əqli qabiliyyətlərini şübhə altına alıb.

İctimaiyyət arasında aparılan sorğular göstərir ki, Bardellanın Milli Birlik Partiyası iyunun 9-da keçiriləcək Avropa seçkisində təxminən 30 faiz səs qazanacaq ki, bu da Fransa Prezidenti Emmanuel Makronun İntibah Partiyasından təxminən 10 faiz artıqdır.