Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Əsas » Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur - FOTO

Əsas / Son xəbərlər / Cəmiyyət

Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur - FOTO


31 Mart Azərbaycanlıların soyqırımının 106-cı ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksinə ziyarətçilərin axını başlayıb.

Report xəbər verir ki, xalqımızın and yerinə çevrilən bu məkana rayon sakinləri axın edirlər. Ziyarətçilər arasında hökumət nümayəndələri, idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikamızın bölgələrindən olan vətəndaşlar, şagird və tələbələr, eləcə də xarici vətəndaşlar var.

Ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksinin bələdçiləri tərəfindən ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılırlar.

Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Quba Soyqırımı Memorial Kompleksi - 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb və Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü il sentyabrın 18-də açılıb.