Valyuta məzənnəsi:
12:00 Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident və birinci xanım iştirak ediblər  |     11:19 Yazgül Abdıyeva: “Əlvida dəyərli Qənirəmiz”  |     16:04 “Bəs, nə oldu?” deyirdiniz...  |     22:27 Məşhur müğənni qayınanası və qayınatasını ÜZƏ ÇIXARDI - FOTO  |     20:49 Premyer Liqa: "Səbail" - "Sabah" 4 qol vuruldu  |     18:16 Ülvira bu verilişlə qayıdır  |     15:06 Dünyanın ən gözəl müsəlman qadını seçildi - FOTOlar  |     12:31 Taksi sürücüsünün videosunu paylaşan müğənnini hansı cəza gözləyir?  |     10:20 500 milyonluq mirasını xeyriyyə təşkilatına bağışlayacaq  |     22:54 "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi  |     22:30 Putin orduya çağırışla bağlı fərman imzaladı  |     22:10 Oktay Kaynarcadan Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM - FOTO  |     15:20 UEFA "Qarabağ"ın kapitanını təbrik etdi - FOTO  |     11:06 Bu tarixdə toyu olacaq - FOTO  |     09:20 Namiq Qaraçuxurlu ƏSƏBİLƏŞDİ: "Şərəfsizlikdir" - FOTO  |     08:35 “CinemaPlus”da “Həyat, deyəsən, gözəldir” filminin Qala gecəsi anşlaqla keçirildi  |     23:15 Qənirə Paşayevanın son müsahibəsi - VİDEO  |     22:10 Qənirə Paşayevanın dəfn yeri açıqlandı  |     20:35 Qənirə Paşayeva vəfat etdi  |     20:15 ATB-nin İsrail Nümayəndəliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib  |    
CityNews.az » Son xəbərlər » İdman » “Əlbəyaxa döyüş üzrə Bakı çempionatı” keçirildi - FOTO/VİDEO

İdman / Cəmiyyət

“Əlbəyaxa döyüş üzrə Bakı çempionatı” keçirildi - FOTO/VİDEO


Əlbəyaxa döyüş üzrə uşaq, yeniyetmələr və gənclər arasında Bakı çempionatı keçirilib.

Magazinews.Az xəbər verir ki, DİN-nin Baş Mühafizə Polis İdarəsinin İdman zalında baş tutan yarışda ən güclülərin adları məlum olub. Mübarizəyə müxtəlif yaş və çəki qruplarında oğlan və qız idmançılar qatılıblar.

Sözügedən yarışı keçirilməsini Daxili İşlər Nazirliyi Baş Mühafizə Polis İdarəsi, Əlbəyaxa döyüş növləri təşkilatı həyata keçirdi.

Çempionatın keçirilməsinin əsas məqsədi gənclər arasında idmanın – sağlam həyat tərzinin təbliği, Əlbəyaxa döyüş növü və Kontakt Karate Şotokonun inkişaf etdirilməsi, idmançılar, hakimlərin ustalıqlarının təkmilləşdirilməsi, həmçinin beynəlxalq arenalarda, Dünya və Avropa çempionatlarında iştirak etmək üçün federasiyanın yeni yığma komandasına namizədlərin seçilməsidir. 

Federasiyanın prezidenti, yarışın təşkilatçısı Səməd İbrahimov keçirilən çempionatın mahiyyəti barədə media nümayəndələrinə məlumat verib. O, sözügedən turnirin ənənəvi xarakter daşıyacağını bildirib. 

Kişilər arasında ən yaxşı döyüşçülər isə Mirzəyev Hikmət professional döyüş üzrə 80+ kq çəki dərəcəsində Bakı çempionu, Həsənov Zakir 10-11 yaş 40 kq-da Bakı çempionu, ŞəmsiXan Babayev 10-11 yaş 45 kq çəki dərəcəsində Bakı çempionu, Rəhimli Hüseyin isə 9-10 yaşlılar arasında 3-cü yerə layiq görülüb.  

Qeyd edək ki, döyüş versiyaları üzrə qalib gəlmiş idmançılar Bakı şəhər Baş Mühafizə Polis İdarəsi tərəfindən müvafiq diplom və xatirə hədiyyələri ilə təltif ediliblər. Çempion olmuş idmançılar Əlbəyaxa döyüş nümayəndəliyi tərəfindən mükafatlandırılıblar. 

Bundan əlavə, yarışın keçirilməsində əməyi olan şəxslərə, həmçinin tədbir işıqlandırılmasında dəstək olan media nümayəndələrinə fəxri diplomlar və hədiyyələr verilib. 


Tural Hüseyn
Magazinews.Az