Azərbaycan çempionatlarında 94-cü derbi – 23:39
...
Əsas / Son xəbərlər / İdman
Aprelin 2-də "Bulvar Marriott Hotel"də AFFA-nın növbəti Konfransı keçiriləcək.
Citynews.Az AFFA-nın saytına istinadən xəbər verir ki, saat 10:00-da başlayacaq Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi
2. Konfransın tərkibinin yoxlanılması
3. AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi
4. Maliyyə Hesabatları
5. Müstəqil auditorun hesabatı
6. AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilərin keçirilməsi
Qeyd edək ki, AFFA prezidentliyi və İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısıaşağıdakı kimidir:
AFFA prezidentliyinə namizəd
1. Rövşən Nəcəf - Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə "Neftçi" PFK tərəfindən
AFFA İcraiyyə Komitəsi üzvlüyünə namizədlər
Peşəkar Futbol Liqası İctimai Birliyi - 5 yer
1. Səməd Qurbanov - "Neftçi" PFK tərəfindən
2. Fərid Mansurov - Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
3. Xəyal Cəfərov - "Sumqayıt" FK tərəfindən
4. Qurban Qurbanov - "Qarabağ" FK tərəfindən
5. Maqsud Adıgözəlov - "Sabah" FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi - 3 yer
1. Elşad Nəsirov - Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. Balakişi Qasımov - Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
3. Sərxan Hacıyev - Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
İctimai Futbol Təşkilatları İctimai Birliyi - 2 yer
1. Könül Mehtiyeva - İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
2. Zaur Axundov - Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
Sahə Futbol Federasiyaları İctimai Birliyi - 2 yer
1. Ülvi Mansurov - Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Leyla Xəlilova - Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən