Valyuta məzənnəsi:
20:35 Azərbaycanlı aparıcıdan MARAQLI RƏQS - VİDEO  |     20:35 Ulduz futbolçu “Çelsi”dən gedir  |     20:30 Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO  |     20:11 Atasına görə efirdə göz yaşı tökdü - VİDEO  |     19:15 Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı  |     19:08 Səmranın idman zalından paylaşımı GÜNDƏM OLDU - VİDEO  |     18:36 Zeynəb kriteriyalarını SADALADI: "Boyu elə olsun ki..." - VİDEO  |     18:06 Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb  |     17:51 Baş nazirdən su təchizatı ilə bağlı qərar  |     17:44 Damlanın estetiksiz halı - VİDEO  |     17:25 Stoltenberq: Ukrayna NATO-nun üzvü olacaq  |     17:03 Ançelotti Ardaya görə ulduz futbolçuların üstündən xətt çəkdi  |     16:53 "Mənə salam vermirlər" - VİDEO  |     13:25 Bakıda yeni park salınacaq  |     11:20 “Qarabağ”ın 30 oyunluq seriyası qırıldı  |     18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |    
CityNews.az » Əsas » Prezident: Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri qəbuledilməzdir

Əsas / Son xəbərlər / Siyasət

Prezident: Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri qəbuledilməzdir


ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı əsnasında bir çox məsələlərə, o cümlədən bu məsələyə də toxunulub. Prezident İlham Əliyev tərəfindən bildirilib ki, insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir.

Bu barədə Prezidentin Mətbuat Xidmətinin AZƏRTAC-ın sorğusuna cavabında bildirilib.

Qeyd olunub ki, dövlətimizin başçısı telefon danışığı zamanı, həmçinin vurğulayıb: "Bir sıra Qərb ölkələrinin bu məsələ (insan hüquqları - red.) ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmirik".

Prezident İlham Əliyev Antoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu kontekstdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib.