Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Əsas » Bakıda həbs edilən fransız casusun atası sirri açdı

Əsas / Son xəbərlər / Kriminal / Cəmiyyət

Bakıda həbs edilən fransız casusun atası sirri açdı


Casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Rayanın atası oğlunun görüşdüyü iki "diplomat"ın Fransa xüsusi xidmət orqanlarının agentləri olduğunu təsdiqləyib.

Report xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

Fransalı iş adamının məhkəməsi ötən cümə axşamı Bakıda başlamalı idi. AFP-nin məlumatına görə, bununla belə, məhkəmə prosesi təxirə salınıb və istintaq uzadılıb.

Fransa Prezidenti Emmanuel Makrona yanvarın 23-də göndərdiyi məktubda atası Riçard Rayan yazıb ki, Martin başqalarının oyunlarının qurbanı olub.

"Bu səhər telefonla danışdığım oğlum Martin israr edir ki, DGSE (Fransa xarici kəşfiyyatı) əməkdaşları günahkardırlar. Çünki onlar Martinin razılığı olmadan oğlumu gözdən salmağa çalışıblar", - R.Rayan AFP-yə bildirib.

Qeyd edək ki, dekabrın 4-də "Merkorama MMC-nin Baş direktoru Martin Rayan Bakıda casusluq ittihamı ilə həbs edilib. Özlərini Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları kimi təqdim etsələr də, əslində isə xarici kəşfiyyat agentləri olublar. Martini də casusluğa onlar sövq ediblər. Həmin iki agent sonradan Bakıdan qovulublar.