Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Mədəniyyət » Teatr-Rəsm » Musiqili Teatrda "Killerdən teleqram" mono tamaşasına baxış keçirilib - FOTO

Mədəniyyət / Teatr-Rəsm

Musiqili Teatrda "Killerdən teleqram" mono tamaşasına baxış keçirilib - FOTO


Azərbaycan Dövlət Akademik Musiqili Teatrında gənc yazıçı-dramaturq Pərviz Seyidlinin “Killer” pyesi əsasında gənc rejissor Zaur Əliyevin quruluşunda hazırlanan “Killerdən teleqram” mono tamaşasına daxili baxış keçirilib.

Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev qonaqlarla bərabər tamaşanı izləyib.

Baxışdan sonra tanınmış teatr xadimləri səhnə əsəri haqqında müzakirələrə qatılaraq maraqlı fikirlər səsləndiriblər.

Mono tamaşanın yeganə qəhrəmanı Killer (Cəlil) obrazının ifaçısı Əməkdar artist Şövqi Hüseynov, quruluşçu rəssamı Afaq Bayramova, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur.

Tamaşanın qəhrəmanı uşaqlıqdan həyatın bütün çətinliklərini görərək çox acınacaqlı şəraitdə böyümüş Cəlildir. Dəfələrlə aldığı psixoloji zərbələr onu qaranlıq, yeraltı dünyanın adamı edir. Həyatda öz yerini tapmaq, hörmət qazanmaq uğrunda çalışsa da, zamanın sərt döngələrində mənəvi çəhətdən təzyiqlərə məruz qalaraq saflığını itirir, sanki daşqəlbli bir qatilə çevrilir… 

Qeyd edək ki, bu səhnə əsəri ilə teatr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Mono Tamaşa Beynəlxalq Festivalında iştirak edəcək.