B-GIRL [Lee] AND B-BOY [Button] ÖLKƏNİN BREYKİNQ ÇEMPİONLARI ELAN EDİLDİ - FOTO
...
“Minions” komandası “Red Bull Four 2 Score Azerbaijan”ın çempionları oldular!
“Red Bull Four 2 Score Azerbaijan”ın final oyununda “Şirinlər” komandası ilə qarşılaşan “Minions” komandası Ölkə Finalının qalibi elan olundular.
Rəsmi tərəfdaşların Dənizkənarı Bulvar İdarəsi və AFFA olduğu “Red Bull Four 2 Score Azerbaijan” mini-futbol turnirinin qalibləri bəlli oldu. 21.04.2024-cü il tarixində Dənizkənarı Bulvar ərazisində keçirilən “Red Bull Four 2 Score Azerbaijan”ın Ölkə Finalında 16 komanda iştirak edib. 13,14, 20 aprel tarixlərində keçirilən Seçim Mərhələlərindən keçən 16 komanda Ölkə Finalında “Red Bull Four 2 Score” Dünya Finalında iştirak uğrunda mübarizə aparıb.
Bütün oyunları qələbə ilə başa vuran “Minions” komandası sentyabr ayında Almaniyanın Leypsiq şəhərində keçiriləcək “Red Bull Four 2 Score” Dünya Finalında iştirak haqqı qazanıb.
Dənizkənarı Bulvar ərazində keçirilən “Red Bull Four 2 Score Azerbaijan” turnirində Futbol üzrə Azərbaycan Milli Komandasının üzvləri, bloger, influenser və tanınmış şəxslər iştirak edib. Tədbirdə aparıcı və ev sahibi rolunda tanınmış aparıcılar Sənan Şəfizadə və Seyran Babayev çıxış edib.
Qeyd edək ki, qalib “Minions” komandası sentyabr ayında ölkəmizi Almaniyanın Leypsiq şəhərində keçiriləcək “Red Bull Four 2 Score” Dünya Finalında təmsil edəcək.
Red Bull Four 2 Score barədə bilməyi olduğunuz hər şey:
Red Bull Four 2 Score dünyanın müxtəlif nöqtələrindən olan həvəskar komandalara öz ölkəsini təmsil etmək şansı verən dinamik mini-futbol oyunudur. 2024-cü ilin sentyabr ayında keçiriləcək Dünya Finalından öncə ölkə çempionları müəyyən edilir.
