Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |    
CityNews.az » Cəmiyyət » Cem Adrianın Bakı konsertinin vaxtı dəyişdirildi

Cəmiyyət / Maqazin

Cem Adrianın Bakı konsertinin vaxtı dəyişdirildi


Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış müğənnisi Cem Adrian "EVENT OFFİCE"-in təşkilatı dəstəyi ilə  Bakıda konsert proqramı ilə çıxış edəcək.

Magazinews.Az xəbər verir ki, sözügedən konsertin keçirilmə tarixində dəyişiklik edilib. Buna səbəb isə dünyanı təsiri altına alan və hər dəqiqə yeni inkişafı ilə həyatımzı, sağlığımıza hər anlamda mənfi təsir edən Corona Virusu (Covid-19) ilə əlaqəli son yenilənən məlumatlar və görülən tədbirlərə əsasən, 28 Mart 2020 ci il tarixində Elektra Events Hall-da baş tutması planlanan Cem Adrian konserti 29 May 2020-ci il tarixində olması nəzərdə tutulub.

Bildirək ki, 28 Mart tarixi üçün alınan biletlər 29 May 2020-ci il tarixindəki konsertdə də keçərli olacaqdır.

Yeni tarixə bilet almaq istəyənlər isə iticket.az və şəhərin bütün kassalarından biletləri əldə edə bilərlər.

Bundan əlavə, 2 bilet artıq 70 deyil, 60 AZN-dir. Bakı Elektra Events Hall-da baş tutacaq Cem Adrian “Şeker Prens ve Tuz Kral” adlı solo konserti üçün özəl təklif - Aldığınız hər 2 bilet üçün 60 AZN ödəniş olunacaq.  Konsert sonrası isə "after party" keçiriləcək.

Qeyd edək ki,ötən il 2000-dən çox pərəstişkarına musiqi dolu saatlar yaşadan Cem, 10 ildir ki sadəcə çoxrəngli səsi ilə deyil, çoxrəngli musiqisi ilə şərhçi, bəstəkar və söz yazarı olaraq, musiqinin bir çox müxtəlif sahələrində çox fərqli əsərlərə imza atan Cem Adrian Azərbaycanlı sevərlərinə unudulmaz saatlar yaşadacaq.
 
Son olaraq Çukur serialındaki "Kum Gibi" mahnısı ilə milyonları özünə heyran edən, musiqidə sərhədləri, tərzləri, qaydalar kənarında özünü sadəcə "Azad musiqiçi" olaraq təyin edən Cem Adrianın bu möhtəşəm konsertini qaçırtmayın.

Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az saytından əldə edə bilərsiniz.

Məlumat üçün: +994 99 333 83 68