Valyuta məzənnəsi:
22:05 Prezident Müstəqillik Günü münasibətilə paylaşım edib - FOTO  |     21:50 Afət Fərmanqızına izahat yazdırıldı - YENİLƏNİB  |     21:22 Azərbaycan millisinin heyəti açıqlandı  |     20:18 Azərbaycanlı müğənninin səhnə geyimi müzakirə yaratdı - VİDEO  |     19:33 "Mənim botlarıma baxa bilərsiniz, amma geyinib yeriyə bilməzsiniz" - VİDEO  |     18:48 ""Nəsimi" filmi çəkiləndə evli olmasaydım, biabırçılıq olardı" - VİDEO  |     18:33 Vuçiç İlham Əliyevi təbrik edib  |     17:12 Azərbaycan çempionatında pley-offun vaxtı və yeri açıqlandı  |     16:57 Yığmamızın baş məşqçisi: “Avropa çempionatında ən güclülərdən biri bizik”  |     16:20 Azərbaycan Premyer Liqasında mövsümün REKORDU  |     16:07 Bu şəxslərə Dövlət Mükafatları verildi  |     16:05 Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     16:03 Şəbnəm efirdə aparıcıya ƏSƏBİLƏŞDİ: "Özün..." - VİDEO  |     15:47 Rövşən Nəcəf "Qarabağ"ın bazasında - FOTO  |     15:38 Çempionlar Liqasının finalında Arda oynayacaq? - Ançelotti açıqladı  |     15:01 Qoridə 7 güləşçimizdən 7 medal  |     11:58 “CineMastercard”da “Furiosa: Çılğın Maks Əfsanəsi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VIDEO  |     23:42 "Qalatasaray" yenə Türkiyə çempionu oldu  |     22:30 Premyer Liqada mövsümə yekun vuruldu  |     22:14 Çempion "Qarabağ" kubokuna QOVUŞDU  |    
CityNews.az » Əsas » “Qarabağ” üçün Lüksemburq və Şimali Makedoniya çempionu

Əsas / Son xəbərlər / İdman

“Qarabağ” üçün Lüksemburq və Şimali Makedoniya çempionu


"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha iki mümkün rəqibi müəyyənləşib.

İdman.Biz bildirir ki, Azərbaycan çempionu "Struqa" və "Differdanj"la da qarşılaşa bilər.

Sonuncular Lüksemburqda çempion tituluna sahib çıxıb. "Differdanj" I təsnifat mərhələsində səpələnməmişlərdən olacaq.

Bu, daha iki komandanın səbətinin müəyyənləşməsi ilə nəticələnib. RFS səpələnmişlər sırasına düşübsə, "Struqa" "Qarabağ"ın mümkün rəqiblərinə qoşulub.

Bununla da "Qarabağ"ın mümkün rəqiblərinin sayı 11-ə çatıb. Bunadək "Virtus", "Panevejis", "Ordabası", Minsk "Dinamo"su, "Larne", "Hamrun", "Selye", "Santa Koloma" və "Vikinqur"un da səpələnməmişlər səbətində yer alacağı dəqiqləşib.

Hazırda yalnız 7 çempionun səbəti bilinmir. Onlardan dördü Azərbaycan təmsilçisi ilə qarşılaşa bilər.

I təsnifat mərhələsi
Səpələnmişlər
"Ferensvaroş" (Macarıstan)
"Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya)
"Lüdoqorets" (Bolqarıstan)
HİK (Finlandiya)
"Flora" (Estoniya)
"Styaua" (Rumıniya)
"Klaksvik" (Farer adaları)
"Şemrok Rovers" (İrlandiya)
"Linkoln" (Cəbəllütariq)
TNS (Uels)
RFS (Latviya)

Səpələnməmişlər
"Selye" (Sloveniya)
"Hamrun" (Malta)
"Larne" (Şimali İrlandiya)
"Dinamo" (Minsk, Belarus)
"Panevejis" (Litva)
"Ordabası" (Qazaxıstan)
"Vikinqur" (İslandiya)
"Struqa" (Şimali Makedoniya)
"Santa Koloma" (Andorra)
"Virtus" (San-Marino)

Qeyri-müəyyənlər
"Dinamo" (Batumi, Gürcüstan)
"Petrokub" (Moldova)
Bosniya və Herseqovina çempionu
Kosovo çempionu
Ermənistan çempionu
Monteneqro çempionu
Albaniya çempionu

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq. İlk iki raundun püşkü iyunun 18-19-da atılacaq.