Valyuta məzənnəsi:
19:45 Türkiyədəki aksiyalarda 343 nəfər saxlanıldı  |     18:45 Razi oğlu ilə VİDEOsunu yaydı  |     17:33 İmamoğlunun dindirilməsi başa çatdı - YENİLƏNİB  |     16:33 2 komanda Azərbaycan çempionatından qovuldu  |     16:11 Hamı Londonda çəkilən bu VİDEOdan danışır: 1 günə 2 milyon izləmə  |     16:05 Bayram çəkilişi vaxtı anidən YIXILDI - VİDEO  |     15:50 Putin kilsəyə gedib, görün kimin üçün dua edib  |     15:34 Zelenski Donetsdə - FOTO  |     15:15 Məşhur NBA klubu rekord məbləğə satılacaq  |     13:42 "Evli kişi ilə gəzib, uşaq dünyaya gətirmək..." - VİDEO  |     13:30 Hemilton dördqat dünya çempionunun rekordunu qırdı  |     13:23 Qar uçqununda həlak olan digər hərbçimiz də dəfn olundu - FOTO  |     13:05 Balaəlinin LÜKS maşınında brend geyimlər və ətirləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO  |     12:50 Putin Trampa hədiyyə göndərdi  |     12:15 Kreslosu sallanan Pep 150 milyonluq ulduzu istəyir  |     11:45 Osimhen "Zirə" forması ilə - VİDEO  |     11:24 İrandan Trampın məktubuna CAVAB: danışıqlara "yaşıl işıq"  |     11:22 DİN-dən növbəti vətəndaşlara xəbərdarlıq  |     11:10 Ölkə Leyla Əliyevanın təşəbbüsü ilə Xızıda uşaqlar üçün Novruz şənliyi keçirilib  |     10:15 Millimiz bu gün meydana çıxır  |    
CityNews.az » Əsas » Səhiyyə Nazirliyinə yeni səlahiyyətlər verildi

Əsas / Son xəbərlər / Siyasət / Tibb

Səhiyyə Nazirliyinə yeni səlahiyyətlər verildi


Səhiyyə Nazirliyinin səlahiyyətləri artırılıb.

Citynews.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikasının "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında" 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Dəyişikliklə Səhiyyə Nazirliyinin vəzifələri siyahısına aşağıdakılar əlavə edilib:

- "Dərman vasitələri haqqında" qanuna uyğun olaraq dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatını həyata keçirmək, habelə dərman vasitələrinin dövlət reyestrini aparmaq;

- Azərbaycanda istehsal olunan dərman vasitələrinin siyahısını hazırlamaq, ictimaiyyətin məlumatlandırılması məqsədilə rəsmi internet səhifəsində yerləşdirmək və rübdə bir dəfə yenilənməsini təmin etmək;

- Dərman vasitələrinin keyfiyyətli, effektiv və təhlükəsiz olmamasına dair əsaslandırılmış faktlar aşkar edildikdə, həmin dərman vasitələrinin dövlət reyestrinə daxil edilməsindən imtina etmək, dərman vasitələrinin dövlət reyestrinə daxil edilmiş və ya "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulan dərman vasitələrinin Azərbaycan Respublikasında tətbiqini qadağan etmək və bu barədə ictimaiyyəti məlumatlandırmaq;

- Tibb vasitələrinin risk dərəcəsindən asılı olaraq təsnifatını müəyyən etmək;