Valyuta məzənnəsi:
14:35 Fatih Terimə Səudiyyə Ərəbistanında bir daha ZƏRBƏ  |     14:05 "Qarabağ" - FCSB oyununa satılan biletlərin sayı açıqlandı  |     13:43 “Qurban Qurbanov çox ağıllı məşqçidir”  |     12:20 "Qalatasaray"da şok AYRILIQ: "Bundan sonra YOXAM" - FOTO  |     16:50 "Qalatasaray"la razılaşmışdı, "Fənərbağça"ya nəsib oldu  |     16:30 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     16:17 Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı başlayıb  |     16:16 Prezident: Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib  |     15:31 "Bavariya" 19 yaşlı futbolçu aldı  |     15:15 İdman "Fənərbağça" prezidentindən Mesut Özilə 9 milyonluq jest - Görün nə hədiyyə etdi - FOTO  |     14:39 92 milyon manat Azərbaycana qaytarıldı  |     14:20 “Klub və Azərbaycan futbolu üçün böyük itkidir”  |     14:14 Azərbaycanla Oman arasında işçi qrup yaradılır  |     14:11 "Qardaşım əziyyətimi yerə vurdu" - VİDEO  |     14:00 Nuri Şahin QOVULDU  |     13:55 Bu ölkədə 9 yaşlı qızlarla evlilik rəsmiləşdi  |     13:47 "Real"ın dünya ulduzu GEDİR: buna "dözə bilmir" - FOTO  |     13:18 Səidəni efirdə "ağ yuyub, qara sərdi" - VİDEO  |     13:06 İlham Əliyev Davosda Zelenski ilə görüşüb  |     13:03 Baş bankirdən kredit faizlərinin artmasına münasibət  |    
CityNews.az » Son xəbərlər » Xarici diplomatlar Azərbaycanın turizm imkanları haqqında məlumatlandırılıblar - FOTO

Son xəbərlər / Turizm

Xarici diplomatlar Azərbaycanın turizm imkanları haqqında məlumatlandırılıblar - FOTO


İyunun 5-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpusunun nümayəndələri üçün ölkəmizin destinasiya təqdimatı tədbiri keçirilib.

Azərbaycanın turizm imkanları haqqında məlumatlılığı artırmaq məqsədilə təşkil edilmiş tədbirdə Azərbaycanda fəaliyyət göstərən 60-dan çox diplomatik nümayəndəliyin və beynəlxalq təşkilatların əməkdaşları, fövqəladə və səlahiyyətli səfirlər, attaşe və katiblər iştirak ediblər.

Təqdimat tədbirində çıxış edən Dövlət Turizm Agentliyin Aparatının rəhbəri Kənan Qasımov tədbirin Azərbaycanın turizm təcrübələrinin və həyata keçirilən fəaliyyətlərin bölüşülməsi baxımından əhəmiyyətini vurğulayıb.

Tədbirdə Azərbaycanın turizm potensialını əks etdirən təbliğat videoçarxları nümayiş etdirilib və Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Cavanşir Bayramov təqdimatla çıxış edib.

Təqdimatda iştirakçılara Azərbaycan Turizm Bürosunun turizm strategiyasının təməl prinsip və prioritetləri, gəlmə turizmi üzrə statistik göstəricilər, cari il ərzində hədəf bazarlarında planlaşdırılan tədbirlər, media və marketinq fəaliyyətləri, Azərbaycanın əsas turizm marşrutları, turizm xidmət və məhsulları və turizm sənayesinin inkişafına istiqamətlənən təşəbbüslər və digər mövzular haqqında məlumat verilib.