Valyuta məzənnəsi:
19:45 Türkiyədəki aksiyalarda 343 nəfər saxlanıldı  |     18:45 Razi oğlu ilə VİDEOsunu yaydı  |     17:33 İmamoğlunun dindirilməsi başa çatdı - YENİLƏNİB  |     16:33 2 komanda Azərbaycan çempionatından qovuldu  |     16:11 Hamı Londonda çəkilən bu VİDEOdan danışır: 1 günə 2 milyon izləmə  |     16:05 Bayram çəkilişi vaxtı anidən YIXILDI - VİDEO  |     15:50 Putin kilsəyə gedib, görün kimin üçün dua edib  |     15:34 Zelenski Donetsdə - FOTO  |     15:15 Məşhur NBA klubu rekord məbləğə satılacaq  |     13:42 "Evli kişi ilə gəzib, uşaq dünyaya gətirmək..." - VİDEO  |     13:30 Hemilton dördqat dünya çempionunun rekordunu qırdı  |     13:23 Qar uçqununda həlak olan digər hərbçimiz də dəfn olundu - FOTO  |     13:05 Balaəlinin LÜKS maşınında brend geyimlər və ətirləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO  |     12:50 Putin Trampa hədiyyə göndərdi  |     12:15 Kreslosu sallanan Pep 150 milyonluq ulduzu istəyir  |     11:45 Osimhen "Zirə" forması ilə - VİDEO  |     11:24 İrandan Trampın məktubuna CAVAB: danışıqlara "yaşıl işıq"  |     11:22 DİN-dən növbəti vətəndaşlara xəbərdarlıq  |     11:10 Ölkə Leyla Əliyevanın təşəbbüsü ilə Xızıda uşaqlar üçün Novruz şənliyi keçirilib  |     10:15 Millimiz bu gün meydana çıxır  |    
CityNews.az » Əsas » “Bakubus” avtobuslarında sürət həddi endirildi

Əsas / Son xəbərlər / Cəmiyyət

“Bakubus” avtobuslarında sürət həddi endirildi


"Bakubus"a məxsus avtobusların sürət limiti endirilib. Sərnişinlərin sözlərinə görə, sürət həddi saatda 50 km-ə salınıb. Bu isə gecikmələrə səbəb olur.

Citynews.Az bildirir ki, sərnişinlərin fikirlərini sürücülər də təsdiqlədi. Bir aya yaxındır ki, tətbiq edilən sürət limiti heç onların da ürəyincə deyil.

Məsələ ilə bağlı "BAKUBUS" MMC-dən "Xəzər Xəbər"ə bildirilib ki, bu qərarın verilməsinə səbəb qəzaların sayının artması olub.

Qurumdan o da bildirildi ki, bu qərar sözügedən avtobuslar üzrə qəza statistikasına müsbət təsirini göstərib. Belə ki, qəzaların sayı 40 faiz azalıb. Hazırda xüsusi avtobus zolaqlarının genişləndirilməsi üzrə işlər davam etdirilir. Avtobus zolaqlarının üstün cəhətlərindən biri təhlükəsiz və operativ sərnişindaşımanın həyata keçirilməsidir:

"Zolaqlar şəbəkəsi genişləndikcə sürət həddinin tənzimlənməsinə yenidən baxılma zərurəti meydana çıxacaq",- deyə qurum rəsmisi əlavə edib.