Valyuta məzənnəsi:
23:50 Banana həsrət qalacağıq  |     23:30 "Bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin"  |     23:05 “Qarabağ” “Araz-Naxçıvan”ı məğlub etdi  |     20:30 “El Klasiko”nun qalibi “Barselona” oldu  |     20:20 "Kəpəz" "Sumqayıt"ı məğlub etdi  |     17:20 Bu xəstəliyi qəti görməzdən gəlməyin: qadınlara daha çox təsir edir  |     17:10 Xalq artistinin toyda rəqsi QINANDI - VİDEO  |     16:20 Toyda bəyin hərəkəti gəlinin xoşuna gəlmədi - elə reaksiya verdi ki... - VİDEO  |     16:10 Körpənizi havaya atıb-tutanda 2 dəfə düşünün: Dəhşətli fəsadlar  |     15:55 "Mənə çiyin atan qız deyirdilər"  |     15:30 Ərdoğandan Putinin təklifinə REAKSİYA  |     15:16 Karateçilərimiz dünya çempionatında 4 medal qazanıblar  |     15:15 "Qarabağ" 10 pillə İRƏLİLƏDİ  |     15:10 Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür  |     15:00 "Deyir ki, yaxşı pulu var, təriflə, hörmət edəcək, o səviyyəsizin verilişinə niyə gedirdim ki..."  |     14:43 Ronaldinyo qız fanatlarının elə yerinə imza atdı ki... - VİDEO  |     14:28 Ay bitmədən gözlənilməz şad xəbərlər alacaq BÜRCLƏR  |     13:55 "Bu sözdən sonra öpə bilərsən" - VİDEO  |     13:30 Bu VİDEOnu görən elektron siqareti dərhal ATACAQ: elə hazırlanır ki... - VİDEO  |     13:10 Zelenskidən Putinə CAVAB: sabahdan dayandırılsın  |    
CityNews.az » Əsas » Qahirədə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Əsas / Son xəbərlər / Siyasət

Qahirədə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub


İyunun 8-də Misirin paytaxtı Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Citynews.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısının şərəfinə toplardan yaylım atəşi açıldı.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Respublikasının və Misir Ərəb Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Azərbaycan və Misir prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Misir nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Prezident Əbdülfəttah əs-Sisiyə təqdim olundu.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.