Valyuta məzənnəsi:
10:07 Yol polisi sürücülərə xəbərdarlıq etdi  |     12:35 Məşhur çempion xanəndə idmandan UZAQLAŞIR?  |     12:25 Elnarə yenə adını "dəyişdi"  |     12:15 Əhməddən yeni xəbər var: “Ata-anasının yolunu gözləyir" - FOTO  |     11:45 “Beyaz Show” ekrana qayıdır  |     11:05 Azərbaycanda zəlzələ oldu  |     11:05 Akopyanın Çin dilində danışması gündəm oldu - VİDEO  |     10:10 Yeni ailə quranlara 19 min manat veriləcək  |     09:53 Aysunun geyimi tənqid edildi - VİDEO  |     09:20 Yerdəyişmə ilə bağlı sənədlərin məktəblərə təqdim edilməsi üçün son gündür  |     21:33 Xabi Alonso "Real Madrid"dən göndərildi - yeni məşqçi təyin olundu  |     20:45 "60 yaşı var, qarını-ayaqları açıq formada..."  |     19:10 Nigar dekolteli geyimi ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     16:43 Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ  |     16:25 "Rəhim Rəhimlinim dəfnində o ağlayanlar ölümünə SEVİNƏNLƏR İDİ"  |     15:37 İlham Əliyev içməli su ilə bağlı vacib qanunu təsdiqlədi  |     15:30 Evlilik təklifi etdi - Biabır oldu - VİDEO  |     14:35 Tolik efirə yığıb məşhur müğənnini geyiminə görə BİABIR ETDİ - VİDEO  |     13:55 "Gündə 5 dəfə yeyirəm, 13 kilo ARIQLAMIŞAM"  |     13:45 Təyyarədə çay içməyin, əllərinizi də YUMAYIN - Səbəb  |    
CityNews.az » Son xəbərlər » “Red Bull Car Park Drift” yarışının qalibi müəyyənləşdi - FOTO

Son xəbərlər / Maraqlı / İdman

“Red Bull Car Park Drift” yarışının qalibi müəyyənləşdi - FOTO



“Dövlət Bayrağı Meydanının dayanacağında artıq üçüncü ildir ki, keçirilən “Red Bull Car Park Drift” yarışının qalibi müəyyən oldu”.

9 iyun tarixində Dənizkənarı Bulvarda dünyanın ən həyəcanlı drift yarışlarından biri olan “Red Bull Car Park Drift”in Azərbaycan üzrə Milli finalı keçirilib. Qalib Niyaz Bədiyev, 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı Omanda təmsil edəcək.

16 nəfər iştirakçı arasında yarışan ötən ilki “Red Bull Car Park Drift”in qalibi Niyaz Bədiyev bu il də Milli Final mərhələsinin qalibi seçildi. O, bu ilin sonunda “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı təmsil etmək üçün Omana yola düşəcək. Həmçinin 2-ci və 3-cü yerlərin qalibləri müvafiq olaraq Elvin Xudaverdiyev, Pərviz Əzizov olub.

 Azərbaycan Avtomobil Federasiyasının, Bakı Şəhər Halqasının təşkilati dəstəyi ilə keçirilən və özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən bacarıqlı 16 nəfər iştirakçı Milli Final mərhələsinə yüksəlib.

 Yarışmadan öncə yerli pilotları qaydalar və maneələr barədə təlimatlandıran küveytli drifter Ali Makhseed yarışmanın mərhələləri arasında bəzi influenserlərə “taksi gedişi” təcrübəsi yaşadıb. “Red Bull Car Park Drift” Milli Final mərhələsinin iştirakçılarını qiymətləndirmək üçün Livan, Küveyt və Mavrikidən beynəlxalq münsiflər heyəti iştirak edib. Məhz onların qiymətləndirilməsi ilə ən yüksək xal yığan iştirakçı yarışın qalibi seçilib. Qeyd edək ki, iştirakçılar driftinq bacarıqları ilə yanaşı maşınlarının görünüşü, səsi və təkərlərindən çıxan tüstünün həcminə görə də qiymətləndirilib.

“Red Bull Car Park Drift” yarışı Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə keçirilib. Final mükafatlandırılmasından öncə isə tədbirin xüsusi qonağı qismində tanınmış ifaçı Orxan Zeynallı öz tanınmış hitləri ilə drift trekində çıxış edib.