Valyuta məzənnəsi:
19:07 Azərbaycanda zəlzələ oldu  |     18:48 "Neftçi" "Everton"un keçmiş hücumçusunu alır - FOTO  |     18:01 “Xeyir iş istəmirəm, öləndə biri aparıb basdıracaq" - VİDEO  |     17:10 Toyda gəlinin bəyə kobud hərəkəti TƏNDİQ EDİLDİ - VİDEO  |     17:00 Rusiya bu ölkə ilə PUA istehsal edəcək  |     16:00 Şolts Trampa meydan oxudu  |     15:00 Bu ölkə İsrailə 7,4 milyardlıq silah verir  |     14:50 "Qarabağ"ın ulduzu məşhur kluba transfer olunur?  |     13:35 “Formula 1”in ən çox qazanan 10 sürücüsü  |     13:15 Bu axşam hansı matçlar var?  |     13:00 Tramp Zelenski ilə bu şəhərdə görüşəcək  |     12:58 Aysunun ailəsi ilə duyğusal anları - VİDEO  |     12:41 Sabah qar yağacaq - yollar buz bağlayacaq  |     12:33 "Kürəkənlərim əfi İLANDIR"  |     12:27 DYP-dən hərəkət iştirakçılarına XƏBƏRDARLIQ  |     12:22 İdman "Turan Tovuz kolumbiyalı futbolçu transfer etdi - FOTO  |     10:45 Hamı onların nişanından DANIŞIR - FOTO  |     10:00 “Real” “Arsenal”ın ulduzunu istəyir  |     09:58 “Bakı Metropoliteni”ndə yeni TƏYİNAT  |     09:23 Bu qatarların sürət həddi endirildi  |    
CityNews.az » Əsas » 300 mindən çox zəvvar Məkkəyə buraxılmadı - SƏBƏB

Əsas / Son xəbərlər / Dünya

300 mindən çox zəvvar Məkkəyə buraxılmadı - SƏBƏB


Təxminən 154.000 əcnəbi Həcc ziyarəti üçün tələb olunan viza almaq əvəzinə turist kimi Məkkəyə gəlib.

Citynews.Az lent.az-a istinadən bildirir ki, Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri bir neçə yüz min qeydiyyatsız zəvvar üçün Məkkəyə girişi bağlayıb. 

Bildirilir ki, son günlər Həcc ziyarətinə tələb olunan viza ilə deyil, turist vizası ilə gələn təxminən 154 min əcnəbi müsəlmanlar üçün Böyük Məscidin yerləşdiyi bu müqəddəs şəhərə buraxılmayıb. 

Bundan başqa, Səudiyyə Ərəbistanında olan, lakin Məkkə sakini olmayan və Həcc ziyarətinə getmək icazəsi olmayan 171 mindən çox insan saxlanılıb. 

Bildiyiniz kimi, Həcc İslamın beş sütunundan biridir və bunu həyatında ən azı bir dəfə belə imkanı olan bütün müsəlmanlar yerinə yetirməlidir. O, bir sıra dini rituallardan ibarətdir. Bu il Məkkədə Həcc ziyarəti iyunun 14-də başlayacaq.

2023-cü ildə 2,4 milyon insan həcc ziyarətinə gedib. İzdihama nəzarət Məkkə rəhbərliyinin əsas problemidir. 2015-ci ildə 2 mindən çox zəvvar izdiham zamanı həlak olub.