Valyuta məzənnəsi:
15:18 Günay efirdə göz yaşlarına "QƏRQ OLDU" - VİDEO  |     15:05 Şəhərin mərkəzində binadan ŞƏLALƏ AXIR - VİDEO  |     14:45 "Mən Vəfa kimilərinin hesabına bu yerlərə gəlməmişəm" - VİDEO  |     14:02 Nuranın oğlanları toy etmədən EVLƏNDİ - VİDEO  |     13:11 ŞOU-BİZNES Balaəli tıxacda lüks avtmobili ilə BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO  |     12:28 Aparıcı efirdə GİLEYLƏNDİ: "Kaş mənim nənəm də..." - VİDEO  |     12:03 "O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO  |     10:43 Nəfəs və Zeynəb bahalı avtomobillərində BELƏ GÖRÜNTÜLƏNDİLƏR - VİDEO  |     18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |    
CityNews.az » Cəmiyyət » Tovuzun kəndləri atəşə tutulub

Cəmiyyət

Tovuzun kəndləri atəşə tutulub


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 65 dəfə pozub.

“Qafqazinfo”nun Müdafiə Nazirliyinə istinadən məlumatına görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.