3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Astara mərhələsinə yekun vuruldu
...
Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Klermon-Ferran mərhələsinin püşkü atılıb.
Citynews xəbər verir ki, Azərbaycan yığmasının rəqibləri və oyunlarının vaxtı dəqiqləşib.
Millimiz D qrupunda yer alıb. Komandamız Niderland və Filippinlə görüşəcək. İyunun 14-də öncə Azərbaycan – Filippin, ardınca Azərbaycan – Niderland matçları keçiriləcək.
Qeyd edək ki, 12 komanda 4 qrupda mübarizə aparacaq. Hər qrupda ilk iki yeri tutan komanda 1/4 finala yüksələcək.