Valyuta məzənnəsi:
19:07 Azərbaycanda zəlzələ oldu  |     18:48 "Neftçi" "Everton"un keçmiş hücumçusunu alır - FOTO  |     18:01 “Xeyir iş istəmirəm, öləndə biri aparıb basdıracaq" - VİDEO  |     17:10 Toyda gəlinin bəyə kobud hərəkəti TƏNDİQ EDİLDİ - VİDEO  |     17:00 Rusiya bu ölkə ilə PUA istehsal edəcək  |     16:00 Şolts Trampa meydan oxudu  |     15:00 Bu ölkə İsrailə 7,4 milyardlıq silah verir  |     14:50 "Qarabağ"ın ulduzu məşhur kluba transfer olunur?  |     13:35 “Formula 1”in ən çox qazanan 10 sürücüsü  |     13:15 Bu axşam hansı matçlar var?  |     13:00 Tramp Zelenski ilə bu şəhərdə görüşəcək  |     12:58 Aysunun ailəsi ilə duyğusal anları - VİDEO  |     12:41 Sabah qar yağacaq - yollar buz bağlayacaq  |     12:33 "Kürəkənlərim əfi İLANDIR"  |     12:27 DYP-dən hərəkət iştirakçılarına XƏBƏRDARLIQ  |     12:22 İdman "Turan Tovuz kolumbiyalı futbolçu transfer etdi - FOTO  |     10:45 Hamı onların nişanından DANIŞIR - FOTO  |     10:00 “Real” “Arsenal”ın ulduzunu istəyir  |     09:58 “Bakı Metropoliteni”ndə yeni TƏYİNAT  |     09:23 Bu qatarların sürət həddi endirildi  |    
CityNews.az » Əsas » Şəxsiyyət vəsiqəsi ilə bağlı YENİLİK

Əsas / Son xəbərlər / Cəmiyyət

Şəxsiyyət vəsiqəsi ilə bağlı YENİLİK


Dövlət və özəl müəssisələrdə xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin fiziki daşıyıcısını təqdim etmək məcburi olmayacaq. Bundan sonra vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını "mygov" tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.

Bu barədə Citynews.Az-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən məlumat verilib.

Belə ki, vətəndaş "mygov" tətbiqinə daxil olaraq rəqəmsal şəxsiyyət vəsiqəsi məlumatlarını müxtəlif üsullarla qarşı tərəflə bölüşə biləcək. Vətəndaş eyni zamanda "mygov" tətbiqində şəxsiyyət vəsiqəsi məlumatlarını nə zaman, harada və hansı müəssisəyə təqdim etdiyi ilə bağlı tarixçəylə tanış ola biləcək.

Şəxsiyyət vəsiqələrinin "mygov" üzərindən təqdim olunması müəssisələrə əməliyyatların sadələşdirilməsi və sürətlənməsi, fiziki şəxsiyyət vəsiqələrinə ehtiyacın azaldılması və kağızdan istifadənin minimuma endirilməsi kimi üstünlüklər təqdim edəcək.İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi qurumlarınbu prosesi daha çox xidmət sahəsinə inteqrasiya etməsinintəşviqi istiqamətində işləri davam etdirir.

Qeyd edək ki, şəxsiyyət vəsiqəsi ilə yanaşı, "mygov" üzərindən təqdim olunan nikah, doğum və ölüm haqqında şəhadətnamə məlumatları da həmin sənədlərin fiziki daşıyıcısı ilə eyni hüquqi qüvvəyə malik olacaq.

Xatırladaq ki,16 iyul tarixində Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasının Ailə Məcəlləsində, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanununun tətbiqi və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.