Valyuta məzənnəsi:
09:51 Yenə kartlardan pul oğurlandı  |     09:45 "İnter" 2 ulduzunu GÖNDƏRİR  |     09:28 DTX əməliyyat keçirdi: çox sayda terrorçu ƏLƏ KEÇDİ  |     09:01 Zaur Nəbioğluna ağır İTKİ  |     23:50 Banana həsrət qalacağıq  |     23:30 "Bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin"  |     23:05 “Qarabağ” “Araz-Naxçıvan”ı məğlub etdi  |     20:30 “El Klasiko”nun qalibi “Barselona” oldu  |     20:20 "Kəpəz" "Sumqayıt"ı məğlub etdi  |     17:20 Bu xəstəliyi qəti görməzdən gəlməyin: qadınlara daha çox təsir edir  |     17:10 Xalq artistinin toyda rəqsi QINANDI - VİDEO  |     16:20 Toyda bəyin hərəkəti gəlinin xoşuna gəlmədi - elə reaksiya verdi ki... - VİDEO  |     16:10 Körpənizi havaya atıb-tutanda 2 dəfə düşünün: Dəhşətli fəsadlar  |     15:55 "Mənə çiyin atan qız deyirdilər"  |     15:30 Ərdoğandan Putinin təklifinə REAKSİYA  |     15:16 Karateçilərimiz dünya çempionatında 4 medal qazanıblar  |     15:15 "Qarabağ" 10 pillə İRƏLİLƏDİ  |     15:10 Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür  |     15:00 "Deyir ki, yaxşı pulu var, təriflə, hörmət edəcək, o səviyyəsizin verilişinə niyə gedirdim ki..."  |     14:43 Ronaldinyo qız fanatlarının elə yerinə imza atdı ki... - VİDEO  |    
CityNews.az » Əsas » Paşinyan İlham Əliyevlə görüşdən imtina etdi

Əsas / Son xəbərlər / Siyasət

Paşinyan İlham Əliyevlə görüşdən imtina etdi


Citynews.Az Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Report-a açıqlamasını təqdim edir:

- Hikmət müəllim, Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi nəzərdə tutulurdu. Bu, baş tutacaqmı?

- Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdir və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu. Belə ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu.

Amma Ermənistan tərəfi bundan imtina etdi. Belə ki, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk.

Müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyildir və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan əslində dialoq imkanlarını qiymətləndirməli, irəli aparmaq əvəzinə bundan imtina edir. Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüslüyünü öz tərəfimizdən yüksək qiymətləndiririk.