Valyuta məzənnəsi:
19:45 Türkiyədəki aksiyalarda 343 nəfər saxlanıldı  |     18:45 Razi oğlu ilə VİDEOsunu yaydı  |     17:33 İmamoğlunun dindirilməsi başa çatdı - YENİLƏNİB  |     16:33 2 komanda Azərbaycan çempionatından qovuldu  |     16:11 Hamı Londonda çəkilən bu VİDEOdan danışır: 1 günə 2 milyon izləmə  |     16:05 Bayram çəkilişi vaxtı anidən YIXILDI - VİDEO  |     15:50 Putin kilsəyə gedib, görün kimin üçün dua edib  |     15:34 Zelenski Donetsdə - FOTO  |     15:15 Məşhur NBA klubu rekord məbləğə satılacaq  |     13:42 "Evli kişi ilə gəzib, uşaq dünyaya gətirmək..." - VİDEO  |     13:30 Hemilton dördqat dünya çempionunun rekordunu qırdı  |     13:23 Qar uçqununda həlak olan digər hərbçimiz də dəfn olundu - FOTO  |     13:05 Balaəlinin LÜKS maşınında brend geyimlər və ətirləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO  |     12:50 Putin Trampa hədiyyə göndərdi  |     12:15 Kreslosu sallanan Pep 150 milyonluq ulduzu istəyir  |     11:45 Osimhen "Zirə" forması ilə - VİDEO  |     11:24 İrandan Trampın məktubuna CAVAB: danışıqlara "yaşıl işıq"  |     11:22 DİN-dən növbəti vətəndaşlara xəbərdarlıq  |     11:10 Ölkə Leyla Əliyevanın təşəbbüsü ilə Xızıda uşaqlar üçün Novruz şənliyi keçirilib  |     10:15 Millimiz bu gün meydana çıxır  |    
CityNews.az » Son xəbərlər » "Qarabağ" ardıcıl 11-ci dəfə avrokubokun ƏSAS MƏRHƏLƏSİNDƏ

Son xəbərlər / İdman / Əsas

"Qarabağ" ardıcıl 11-ci dəfə avrokubokun ƏSAS MƏRHƏLƏSİNDƏ


“Qarabağ” ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində oynayacaq.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun yetirmələri buna Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlməklə nail olub.

Ağdam klubu bununla da qitə miqyaslı turnirlərin əsas raunduna vəsiqəni təmin edib. Azərbaycan çempionu "Linkoln" səddini keçməklə ən azı Avropa Liqasının pley-offunda oynamaq hüququ qazanıb. III təsnifat mərhələsində qələbə komandanı qitənin ikinci dərəcəli turnirinin əsas raunduna daşıyacaq. Pley-offdakı uğursuzluq isə çempionumuzun Konfrans Liqasının eyni mərhələsində iştirakını rəsmiləşdirəcək.

“Qarabağ” ardıcıl 11-ci dəfə qitə kuboklarının əsas raundunda oynayacaq. Əvvəlki 10 mövsümdə pley-offdan sonra qrup mərhələsi başlayırdısa, cari mövsümdən etibarən 36 komandanın qatılacağı Liqa mərhələsi təşkil olunacaq.

Ağdam təmsilçisi ÇL-in III təsnifat mərhələsində "Lüdoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) (2:0) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Linkoln"u 2:0 və 5:0 hesabları ilə məğlub edib.