Valyuta məzənnəsi:
19:07 Azərbaycanda zəlzələ oldu  |     18:48 "Neftçi" "Everton"un keçmiş hücumçusunu alır - FOTO  |     18:01 “Xeyir iş istəmirəm, öləndə biri aparıb basdıracaq" - VİDEO  |     17:10 Toyda gəlinin bəyə kobud hərəkəti TƏNDİQ EDİLDİ - VİDEO  |     17:00 Rusiya bu ölkə ilə PUA istehsal edəcək  |     16:00 Şolts Trampa meydan oxudu  |     15:00 Bu ölkə İsrailə 7,4 milyardlıq silah verir  |     14:50 "Qarabağ"ın ulduzu məşhur kluba transfer olunur?  |     13:35 “Formula 1”in ən çox qazanan 10 sürücüsü  |     13:15 Bu axşam hansı matçlar var?  |     13:00 Tramp Zelenski ilə bu şəhərdə görüşəcək  |     12:58 Aysunun ailəsi ilə duyğusal anları - VİDEO  |     12:41 Sabah qar yağacaq - yollar buz bağlayacaq  |     12:33 "Kürəkənlərim əfi İLANDIR"  |     12:27 DYP-dən hərəkət iştirakçılarına XƏBƏRDARLIQ  |     12:22 İdman "Turan Tovuz kolumbiyalı futbolçu transfer etdi - FOTO  |     10:45 Hamı onların nişanından DANIŞIR - FOTO  |     10:00 “Real” “Arsenal”ın ulduzunu istəyir  |     09:58 “Bakı Metropoliteni”ndə yeni TƏYİNAT  |     09:23 Bu qatarların sürət həddi endirildi  |    
CityNews.az » Əsas » Laçında 4 hərbçimiz həlak oldu - YENİLƏNİB

Əsas / Son xəbərlər / Hadisə / Ordu

Laçında 4 hərbçimiz həlak oldu - YENİLƏNİB


Laçın rayonu ərazisində Azərbaycan Ordusunun dörd hərbi qulluqçusunun meyitlərinin aşkar edilməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Citynews.Az bildirir ki, bu barədə "Report"a Respublika Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.

O bildirib ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

F.Əliyev qeyd edib ki, hazırda Qubadlı hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

 

--------

14:26

 

"İyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən, ilkin ehtimala görə, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitləri aşkar edilib".

Citynews.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!", - məlumatda deyilir.