Azərbaycanda yeni futbol mövsümünün TƏQVİMİ
...
Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
Citynews xəbər verir ki, bu gün akademik avarçəkmədə qadınların 2000 məsafəyə fərdi yarışında yarımfinal mərhələsi keçirilir.
Azərbaycan idmançısı Diana Dımçenko C/D yarımfinalında mübarizə aparıb. Medal şansını itirən idmançılar təsəlli xarakterli C və D finalına vəsiqələr üçün avar çəkib.
Diana yarımfinalın ikinci qrupunda 3-cü yeri tutub. O, məsafəni 7 dəqiqə 59,23 saniyəyə qət edib. İdmançımız C finalına vəsiqə qazanıb.
Qeyd edək ki, final mərhələsinin qrupları avqustun 2-3-də mübarizə aparacaq.Ayın 2-də D, E və F, 3-də A, B və C finalları baş tutacaq.