Valyuta məzənnəsi:
14:35 Fatih Terimə Səudiyyə Ərəbistanında bir daha ZƏRBƏ  |     14:05 "Qarabağ" - FCSB oyununa satılan biletlərin sayı açıqlandı  |     13:43 “Qurban Qurbanov çox ağıllı məşqçidir”  |     12:20 "Qalatasaray"da şok AYRILIQ: "Bundan sonra YOXAM" - FOTO  |     16:50 "Qalatasaray"la razılaşmışdı, "Fənərbağça"ya nəsib oldu  |     16:30 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     16:17 Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı başlayıb  |     16:16 Prezident: Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib  |     15:31 "Bavariya" 19 yaşlı futbolçu aldı  |     15:15 İdman "Fənərbağça" prezidentindən Mesut Özilə 9 milyonluq jest - Görün nə hədiyyə etdi - FOTO  |     14:39 92 milyon manat Azərbaycana qaytarıldı  |     14:20 “Klub və Azərbaycan futbolu üçün böyük itkidir”  |     14:14 Azərbaycanla Oman arasında işçi qrup yaradılır  |     14:11 "Qardaşım əziyyətimi yerə vurdu" - VİDEO  |     14:00 Nuri Şahin QOVULDU  |     13:55 Bu ölkədə 9 yaşlı qızlarla evlilik rəsmiləşdi  |     13:47 "Real"ın dünya ulduzu GEDİR: buna "dözə bilmir" - FOTO  |     13:18 Səidəni efirdə "ağ yuyub, qara sərdi" - VİDEO  |     13:06 İlham Əliyev Davosda Zelenski ilə görüşüb  |     13:03 Baş bankirdən kredit faizlərinin artmasına münasibət  |    
CityNews.az » Son xəbərlər » Paris-2024: Elcan Hacıyev 1/8 finalda məğlub olub

Son xəbərlər / İdman

Paris-2024: Elcan Hacıyev 1/8 finalda məğlub olub


Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışları davam edir.


Citynews xəbər verir ki, bu gün daha iki çəkidə mükafatçılar müəyyənləşəcək.

Azərbaycan kişilərin mübarizəsində təmsil olunub. Elcan Hacıyev 90 kq çəkidə qüvvəsini sınayıb və 1/8 finalda mübarizəni dayandırıb.

Kişilər
90 kq

Elcan Hacıyev Olimpiadaya 1/16 finaldan başlayıb. Avropa çempionumuzun ilk rəqibi Mihael Zqanq (Türkiyə) olub. Hacıyev çətin qələbə sayəsində mərhələ adlayıb. Təəssüf ki, idmançımız ardınca Maksim-Qael Nqayap Hambuya (Fransa) məğlub olaraq, Olimpiada ilə vidalaşıb.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Paris-2024-də bir medal qazanıb. Hidayət Heydərov 73 kq çəkidə çempion tituluna yiyələnib.