Valyuta məzənnəsi:
10:22 PKK ləğv edildi  |     09:53 Hollivud ulduzunun əkizləri oldu  |     09:51 Yenə kartlardan pul oğurlandı  |     09:45 "İnter" 2 ulduzunu GÖNDƏRİR  |     09:28 DTX əməliyyat keçirdi: çox sayda terrorçu ƏLƏ KEÇDİ  |     09:01 Zaur Nəbioğluna ağır İTKİ  |     23:50 Banana həsrət qalacağıq  |     23:30 "Bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin"  |     23:05 “Qarabağ” “Araz-Naxçıvan”ı məğlub etdi  |     20:30 “El Klasiko”nun qalibi “Barselona” oldu  |     20:20 "Kəpəz" "Sumqayıt"ı məğlub etdi  |     17:20 Bu xəstəliyi qəti görməzdən gəlməyin: qadınlara daha çox təsir edir  |     17:10 Xalq artistinin toyda rəqsi QINANDI - VİDEO  |     16:20 Toyda bəyin hərəkəti gəlinin xoşuna gəlmədi - elə reaksiya verdi ki... - VİDEO  |     16:10 Körpənizi havaya atıb-tutanda 2 dəfə düşünün: Dəhşətli fəsadlar  |     15:55 "Mənə çiyin atan qız deyirdilər"  |     15:30 Ərdoğandan Putinin təklifinə REAKSİYA  |     15:16 Karateçilərimiz dünya çempionatında 4 medal qazanıblar  |     15:15 "Qarabağ" 10 pillə İRƏLİLƏDİ  |     15:10 Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür  |    
CityNews.az » Son xəbərlər » Məmmədyarov 2, Rəcəbov 1 pillə irəliləyib - FİDE reytinqi

Son xəbərlər / İdman

Məmmədyarov 2, Rəcəbov 1 pillə irəliləyib - FİDE reytinqi


FİDE şahmatçıların avqust reytinqini açıqlayıb.


Citynews xəbər verir ki, siyahıda Azərbaycan yığmasının üzvlərindən ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur.

39 yaşlı qrossmeyster 2 pillə irəliləyib. Aktivində 2703 xal olan Məmmədyarov 17-ci pillədə qərarlaşıb.

Teymur Rəcəbov 1 rəqibini qabaqlayıb. O, 2700 xalla 33-cüdür. Ötən reytinqdə 76-cı olan Rauf Məmmədov “Top-100”ü tərk edib.

Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2832) başçılıq edir. Onu ABŞ-ın şərəfini qoruyan Hikaru Nakamura (2802) və Fabiano Karuana (2793) izləyirlər.

Qadın şahmatçılarımızdan ən yaxşı göstəriciyə yenə Günay Məmmədzadə malikdir. 2 pillə irəliləyən şahmatçımız 2441 xalla 31-cidir.

Bir addım geriləyən Gövhər Beydullayeva (2412) 43-cüdür. 13 pillə geriləyən Xanım Balacayeva 2384 xalla 60-cıdır. Ülviyyə Fətəliyeva (2369) 21 pillə geriləməklə 72-ci sıradadır.

Siyahıya çinli Yifan Hou (2633) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2563), üçüncü sırada Ley Tinqjie (Çin, 2549) qərarlaşıb.