Valyuta məzənnəsi:
22:16 Ən dəyərli türkiyəli futbolçular - ADLAR  |     20:45 Bu məsələdə onların əli var - Ərdoğan  |     19:55 “Bu ay Azərbaycanla sülh sazişi imzalamağa hazırıq”  |     18:05 Fransanın 3 klubu "Qarabağ"ın üzvünü transfer etmək istəyir  |     17:09 Səma Abiyevadan maraqlı FOTOSESSİYA  |     16:42 Fərid Qayıbov uğur qazanan idmançılarla görüşdü  |     16:38 İncəlmək üçün qabırğa əməliyyatı keçirdi - VİDEO  |     16:06 Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib  |     15:57 Afətin oğlunun toyuna ən çox pulu bu məşhur YAZDIRIB - FOTO  |     13:20 İlham Əliyevin Putinlə görüşü olub  |     11:23 Babək Quliyevə UEFA-dan növbəti təyinat  |     10:00 Millimizin Tallindəki məşqinin vaxtı açıqlandı  |     22:05 "Sumqayıt" - "Qarabağ" matçında mövsümün REKORDU  |     21:00 İran 340 İsrail əsgərini öldürüb - "Haber Türk"  |     20:15 "Neftçi" Qriqorçuku GÖNDƏRDİ  |     19:53 "Mən lap pis gündə olmuşam" - VİDEO  |     18:31 Prezidentdən Namiq İslamzadə ilə bağlı SƏRƏNCAM  |     18:00 Sumqayıt şəhər stadionuna yeni direktor təyin olundu  |     16:53 İlham Əliyev Rusiyaya səfərə gedib  |     16:33 Xalq artisti qardaşının ölümündən sonra ilk dəfə BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO  |    
CityNews.az » Son xəbərlər » Azərbaycan millisi ilk dəfə B liqasına yüksələ bilər - TƏHLİL

Son xəbərlər / İdman

Azərbaycan millisi ilk dəfə B liqasına yüksələ bilər - TƏHLİL


Sentyabrın 5-də UEFA Millətlər Liqasının dördüncü yarışı start götürür. Turnirin qrup mərhələsi noyabrın 19-a kimi davam edəcək, sonra 2025 və hətta 2026-cı illərdə pley-off oyunları keçiriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında mübarizəyə D liqasında başlasa da, sonra genişlənən C liqasına keçib və ardıcıl üçüncü dəfə burada qüvvəsini sınayacaq. Əvvəlki yarışlarda komandamız nə qrup qalib ola bilib, nə də ki, sonuncu yeri tutub: iki dəfə qrupunda 2-ci olub, bir dəfə də 3-cü yerlə kifayətlənib.

Yeri gəlmişkən, bu dəfə qrup ikinciləri də bir liqa yüksəlmək şansı qazanacaqlar. C liqasında qrup qaliblərinin birbaşa B liqasına çıxacaqları dəqiq olsa da, qrup ikinciləri B liqasında qruplarında üçüncü yeri tutan komandalarla pley-offda yüksəlmək/düşmək uğrunda mübarizə aparacaqlar.
Həmçinin C liqasında qrup sonuncularından ən zəif göstəriciyə malik ikisinin D liqasına birbaşa düşəcəyi halda, qrup sonuncularından ən yaxşı göstəriciyə malik ikisi isə D liqasının qrup ikinciləri ilə yüksəlmək/düşmək uğrunda yarışacaqlar.

Avropa çempionatının finalçısı İngiltərə ilk dəfə B liqasında

Liqaların tərkibinə baxsaq, ilk dəfə A liqasında yer alan İsrail, Serbiya və Şotlandiya da çəkisi 7,5 kq və hündürlüyü 71 sm olan mükafat uğrunda mübarizə aparacaqlar.
Son iki Avropa çempionatının finalçısı İngiltərə isə ilk dəfə B liqasına düşüb. İngilislərlə birlikdə Gürcüstan, Yunanıstan və Qazaxıstan da səviyyəcə ikinci liqada debüt edəcəklər. Rəqiblərimizdən biri olan İsveç, həmçinin Latviyanın ilk dəfə C liqasında yarışacaqlarını da vurğulayaq.

2024-25-ci illər UEFA Millətlər Liqası qismən 2026-cı il dünya çempionatının Avropa seçmələri ilə də əlaqəli olacaq. Belə ki, seçmə mərhələdə on iki qrup qalibi mundiala birbaşa vəsiqə qazanacağı halda, qrup ikinciləri və qalan komandalardan Millətlər Liqasında ümumi reytinqə əsasən, ən yaxşı göstəriciyə malik dörd qrup qalibi pley-offda çıxış edəcək.

Polşa Millətlər Liqasına minnətdar olmalıdır

Polşanın UEFA Millətlər Liqası sayəsində iki dəfə mötəbər turnirlərə vəsiqə qazanan yeganə komanda olması diqqəti çəkir. Polşalılar DÇ-2022 və AÇ-2024-ə məhz bu yolla çıxa biliblər.
Onlardan başqa, Macarıstan, Slovakiya, Şimali Makedoniya və Şotlandiya AÇ-2020-yə, Portuqaliya və Uels DÇ-2022-yə, Gürcüstan və Ukrayna AÇ-2024-ə UEFA Millətlər Liqası vasitəsilə vəsiqə qazanıblar.

Donnarumma liderdir

Fərdi göstəricilərə gəlincə, italiyalı Canluici Donnarumma UEFA Millətlər Liqasında hamıdan çox – 20 oyun keçirib. Niderlandlı Frenki de Yonqun hesabında 19 matç var.
Ən sərrast oyunçuların siyahısına baxsaq, A liqasında belçikalı Reomelu Lukaku 10, B liqasında norveçli Erlinq Holland 12, C liqasında gürcü Xviça Kvaratsxeliya, serb Aleksandar Mitroviç, kosovolu Vedat Muriki və lüksemburqlu Daniel Sinani hərəyə 6, D liqasında latviyalı Yanis İkaunieks 7 qol vurublar.

Mahir, Ramil və Riçard

Azərbaycan millisində isə Mahir Emreli, Ramil Şeydayev və Riçard Almeyda UEFA Millətlər Liqasında hərəyə 2 dəfə fərqləniblər. Ramil İsveç və Slovakiya ilə oyunlarda qol hesabını artıraraq önə çıxa bilər.