Valyuta məzənnəsi:
09:53 Hollivud ulduzunun əkizləri oldu  |     09:51 Yenə kartlardan pul oğurlandı  |     09:45 "İnter" 2 ulduzunu GÖNDƏRİR  |     09:28 DTX əməliyyat keçirdi: çox sayda terrorçu ƏLƏ KEÇDİ  |     09:01 Zaur Nəbioğluna ağır İTKİ  |     23:50 Banana həsrət qalacağıq  |     23:30 "Bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin"  |     23:05 “Qarabağ” “Araz-Naxçıvan”ı məğlub etdi  |     20:30 “El Klasiko”nun qalibi “Barselona” oldu  |     20:20 "Kəpəz" "Sumqayıt"ı məğlub etdi  |     17:20 Bu xəstəliyi qəti görməzdən gəlməyin: qadınlara daha çox təsir edir  |     17:10 Xalq artistinin toyda rəqsi QINANDI - VİDEO  |     16:20 Toyda bəyin hərəkəti gəlinin xoşuna gəlmədi - elə reaksiya verdi ki... - VİDEO  |     16:10 Körpənizi havaya atıb-tutanda 2 dəfə düşünün: Dəhşətli fəsadlar  |     15:55 "Mənə çiyin atan qız deyirdilər"  |     15:30 Ərdoğandan Putinin təklifinə REAKSİYA  |     15:16 Karateçilərimiz dünya çempionatında 4 medal qazanıblar  |     15:15 "Qarabağ" 10 pillə İRƏLİLƏDİ  |     15:10 Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür  |     15:00 "Deyir ki, yaxşı pulu var, təriflə, hörmət edəcək, o səviyyəsizin verilişinə niyə gedirdim ki..."  |    
CityNews.az » Son xəbərlər » İdman » Azərbaycan cüdo üzrə Dünya Turunun ilk "14-lüy"ündə

Son xəbərlər / İdman

Azərbaycan cüdo üzrə Dünya Turunun ilk "14-lüy"ündə


Azərbaycan cüdo üzrə Dünya Turunda 14-cü yerdədir.

Citynews xəbər verir ki, Zaqrebdə keçirilən Qran-Pridən sonra ölkələrin bu il reytinq turnirlərində çıxışlarının statistikası yenilənib.

Xorvatiyanın paytaxtına səfər komandamıza üç mükafat qazandırıb: Əhməd Yusifov (60 kq) gümüş, Turan Bayramov (60 kq) və Ruslan Paşayev (66 kq) isə bürünc medala sahib çıxıb.

İlin əvvəlindən Azərbaycan cüdoçuları "Böyük dəbilqə" və "Masters" turnirlərinin də daxil olduğu Dünya Turu yarışlarında 3 qızıl, 11 gümüş və 14 bürünc medal qazanıblar.

Cədvəldə Braziliya, Türkiyə, Cənubi Koreya, Macarıstan və bir çox başqa ölkələri qabaqlayırıq.

Yaponiya liderdir (21-9-25), ikinci yerdə Fransa (17-12-17), üçüncü yerdə isə neytral idmançılar (14-9-20) qərarlaşıb.