Valyuta məzənnəsi:
22:16 Ən dəyərli türkiyəli futbolçular - ADLAR  |     20:45 Bu məsələdə onların əli var - Ərdoğan  |     19:55 “Bu ay Azərbaycanla sülh sazişi imzalamağa hazırıq”  |     18:05 Fransanın 3 klubu "Qarabağ"ın üzvünü transfer etmək istəyir  |     17:09 Səma Abiyevadan maraqlı FOTOSESSİYA  |     16:42 Fərid Qayıbov uğur qazanan idmançılarla görüşdü  |     16:38 İncəlmək üçün qabırğa əməliyyatı keçirdi - VİDEO  |     16:06 Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib  |     15:57 Afətin oğlunun toyuna ən çox pulu bu məşhur YAZDIRIB - FOTO  |     13:20 İlham Əliyevin Putinlə görüşü olub  |     11:23 Babək Quliyevə UEFA-dan növbəti təyinat  |     10:00 Millimizin Tallindəki məşqinin vaxtı açıqlandı  |     22:05 "Sumqayıt" - "Qarabağ" matçında mövsümün REKORDU  |     21:00 İran 340 İsrail əsgərini öldürüb - "Haber Türk"  |     20:15 "Neftçi" Qriqorçuku GÖNDƏRDİ  |     19:53 "Mən lap pis gündə olmuşam" - VİDEO  |     18:31 Prezidentdən Namiq İslamzadə ilə bağlı SƏRƏNCAM  |     18:00 Sumqayıt şəhər stadionuna yeni direktor təyin olundu  |     16:53 İlham Əliyev Rusiyaya səfərə gedib  |     16:33 Xalq artisti qardaşının ölümündən sonra ilk dəfə BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO  |    
CityNews.az » Əsas » Heydər Əliyev Fondunun vitse-prezidenti Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib

Əsas / Son xəbərlər / Ölkə

Heydər Əliyev Fondunun vitse-prezidenti Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 18-də Biləsuvar rayonunun Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsini ziyarət edib.

Citynews.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə Milli Qəhrəmanın döyüş yolunun, vətənpərvərlik, qəhrəmanlıq nümunəsinin gənc nəslə aşılanması üçün şəhidin doğulduğu kənddə yaradılan ev muzeyinə gələn Leyla Əliyeva burada Mübariz İbrahimovun şəxsi əşyaları, onun həyat yolunu əks etdirən eksponatlarla tanış olub.

Sonra Mübariz İbrahimovun ailəsinin yaşadığı evə gələn Leyla Əliyeva Azərbaycanın Milli Qəhrəmanının atası və anası ilə çay süfrəsi arxasında söhbət edib.

Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

O, 2009-cu ilin avqustunda öz arzusu ilə cəbhə bölgəsində hərbi xidmətə başlayıb. 2010-cu il iyunun 19-da gecə saat 23 radələrində Tərtər istiqamətində iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni təkbaşına keçən Mübariz Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini ilk həmlədə məhv edib. Beş saatlıq döyüşdə düşməni ağır itkilərə məruz qoyan M.İbrahimov qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə gizir Mübariz İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Prezidentin digər Sərəncamı ilə Milli Qəhrəmanın xatirəsi əbədiləşdirilib.