Valyuta məzənnəsi:
23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |     14:10 Əfsanə meydana qayıdır - 58 yaşında  |     13:34 "Zarinanın 3 uşağı var..." - VİDEO  |     13:13 Azərbaycanın səslərini Aysel açıqlayacaq  |     13:01 İdmançımız Avropa çempionu oldu  |     12:33 Faiq Ağayevin 35 yaşında oğlu var ? - VİDEO  |     11:14 Aytən Səfərova bu xəstəxanaya köçürüldü  |    
CityNews.az » Cəmiyyət » ERMƏNİ TƏXRİBATI MOBİL TELEFONLARDA - DİQQƏTLİ OLAQ!

Cəmiyyət

ERMƏNİ TƏXRİBATI MOBİL TELEFONLARDA - DİQQƏTLİ OLAQ!


Ermənistan informasiya müharibəsində də təxribatçı əməlləri davam etdirməkdədir. Belə ki, düşmən daha bir məkrli niyyətini smartfonlar və mobil platformalar vasitəsilə həyata keçirməkdədir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bu istiqamətdə müvafiq tədbirlər görməkdədir. Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, informasiya müharibəsinin də böyük önəm kəsb etdiyi bir zamanda mobil cihazlara qarşı maksimum ehtiyatlı olmaq, təxribatın qrurbanına çevrilməmək lazımdır.

Əgər mobil telefonlarınızda aşağıda qeyd olunan tətbiqlər (proqramlar) varsa, onları telefonunuzdan dərhal silin. Çünki bu proqramlar fərdi məlumatlarınız üçün təhlükə mənbəyi hesab oluna bilər. Belə ki, düşmən tərəf bu proqramlar vasitəsilə fərdi məlumatlarınızı ələ keçirə və çirkin məqsədlər üçün istifadə edə bilər. Ona görə də aşağıdakı proqramları mobil qurğularınızdan dərhal silməyiniz tövsiyyə olunur:

1. Snapchat
2.Picsart
3.Tamable
4.Codesignalcom
5.Renderforest
6.Zangi Messenger
7. Sololearn
8.Zoomerang
9.Shadowmatic

Hər hansı kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərsiniz.