Valyuta məzənnəsi:
14:45 İrem Derici Romada küçədə izdiham yaratdı - (Video)  |     14:10 "Mənə “Pişik Elgiz” desəydilər xətrimə dəyərdi, boğardım o adamı”  |     13:35 Azərbaycanlı müğənni: "Mənə elçi gələnin 2 arvadı varmış, mənə oxşayırdılar"  |     13:03 Məşhur türk müğənni tanınmaz halda - (Foto)  |     13:03 Məşhur türk müğənni tanınmaz halda - (Foto)  |     12:30 “Yeraltı"nın aktyorunun aparıcıya reaksiyası diqqət çəkdi - (Video)  |     11:23 Rəqsanənin kişi pərəstişkarına reaksiyası müzakirə yaratdı - (Video)  |     10:53 Murat Bozdan müflis olması xəbərinə reaksiya  |     10:23 “Əqrəb mövsümü”ndəki öpüşmə səhnəsinə görə peşmandır  |     09:33 Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat  |     08:51 Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr  |     01:45 Millimiz Lixtenşteynə qalib gəldi  |     01:45 Millimiz Lixtenşteynə qalib gəldi  |     01:30 Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)  |     17:30 Obitus filminin Qala Gecəsi Park Cinemada  |     17:15 Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"  |     17:00 Özcan Deniz Park Cinemaya gəlir!  |     16:36 “Mançester Yunayted”in baş məşqçisi açıqlandı  |     16:33 Aysun yenicə əməliyyatdan çıxmış bacısı Yana ilə: "Sonra da deyirlər ki, küsülüyük” - (Video)  |     15:55 Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)  |    
CityNews.az » Son xəbərlər » Bələdiyyələrin sayı azaldıldı

Son xəbərlər / Ölkə / Əsas

Bələdiyyələrin sayı azaldıldı


Azərbaycanda 1400 bələdiyyə birləşəcək.

Citynews.Az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Regional məsələlər komitəsinin "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" qanun layihələrində əksini tapıb.

Birləşmə nəticəsində ölkədə bələdiyyələrin sayı 1606-da 685-ə düşəcək.

Qeyd edək ki, "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 5 aprel 2024-cü il tarixli qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir. Birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir. Birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir. Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edir. Bələdiyyənin adı birləşən bələdiyyələrin arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən edilir.

Qanun layihələri səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.