Valyuta məzənnəsi:
19:45 Türkiyədəki aksiyalarda 343 nəfər saxlanıldı  |     18:45 Razi oğlu ilə VİDEOsunu yaydı  |     17:33 İmamoğlunun dindirilməsi başa çatdı - YENİLƏNİB  |     16:33 2 komanda Azərbaycan çempionatından qovuldu  |     16:11 Hamı Londonda çəkilən bu VİDEOdan danışır: 1 günə 2 milyon izləmə  |     16:05 Bayram çəkilişi vaxtı anidən YIXILDI - VİDEO  |     15:50 Putin kilsəyə gedib, görün kimin üçün dua edib  |     15:34 Zelenski Donetsdə - FOTO  |     15:15 Məşhur NBA klubu rekord məbləğə satılacaq  |     13:42 "Evli kişi ilə gəzib, uşaq dünyaya gətirmək..." - VİDEO  |     13:30 Hemilton dördqat dünya çempionunun rekordunu qırdı  |     13:23 Qar uçqununda həlak olan digər hərbçimiz də dəfn olundu - FOTO  |     13:05 Balaəlinin LÜKS maşınında brend geyimlər və ətirləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO  |     12:50 Putin Trampa hədiyyə göndərdi  |     12:15 Kreslosu sallanan Pep 150 milyonluq ulduzu istəyir  |     11:45 Osimhen "Zirə" forması ilə - VİDEO  |     11:24 İrandan Trampın məktubuna CAVAB: danışıqlara "yaşıl işıq"  |     11:22 DİN-dən növbəti vətəndaşlara xəbərdarlıq  |     11:10 Ölkə Leyla Əliyevanın təşəbbüsü ilə Xızıda uşaqlar üçün Novruz şənliyi keçirilib  |     10:15 Millimiz bu gün meydana çıxır  |    
CityNews.az » Əsas » İqtisadi Şuranın növbəti iclası keçirildi

Əsas / Son xəbərlər / Ölkə / İqtisadiyyat

İqtisadi Şuranın növbəti iclası keçirildi


İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bu barədə Citynews.Az-a Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd edilib ki,1 noyabr tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün vacib məsələlərdən biri olan aqrar sığorta sistemi, Aqrar Sığorta Fondunun fəaliyyəti, fermerlərin aqrar sığorta risklərinin idarə edilməsi, sığorta qanunvericiliyi, tənzimləmə və nəzarət, aqrar sığorta sxeminin konseptual əsaslarının (modelin) təkmilləşdirilməsi, ikinci məsələ kimi işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulmasında Qarabağ Dirçəliş Fondunun rolu, Fondun inkişafının və dayanıqlığının artırılması məqsədilə vəsaitlərdən səmərəli istifadə, investisiyaların idarə olunması və investisiya gəlirlərinin artırılması və üçüncü məsələdə əmək bazarının inkişafı üzrə mövcud vəziyyət, əmək və məşğulluq sahəsində əsas islahatlar, rəqəmsallaşma və çağırışlar, əmək bazarında demoqrafik meyllər, qeyri-formal məşğulluğun aradan qaldırılması və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Mərkəzi Bankın sədri Taleh Kazımovun, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin məruzələri dinlənilib. İclasda iştirak edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov da aqrar sığorta sistemi ilə bağlı çıxış edib.

Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.