Valyuta məzənnəsi:
00:04 Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - VİDEO - FOTO  |     23:11 İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO  |     19:35 "Yuxuda İlhamə tacını başıma qoyub dedi ki..."  |     17:35 "Bakının yaxşı yerlərində 3 evim, 1 mağazam var"  |     16:35 Aysunun çılğın rəqsi müzakirələr yaratdı - VİDEO  |     16:05 Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM  |     15:55 Qumral ilk dəfə canlı oxudu - tənqid olundu - VİDEO  |     15:15 Nərmindən növbəti qələbə nəğməsi - AUDİO  |     14:50 İrem nişanlısından ayrıldı  |     14:35 "Liverpul" 100 milyona müdafiəçi alacaq  |     14:20 Ərdoğan İlham Əliyevi təbrik edib  |     14:10 "Gəlməyim üçün 100 min manat təklif etdi, yox dedim"  |     13:10 "Məni öldürmək istəyirlər"  |     12:51 Onlara yeni vəzifə verildi  |     12:12 Banu illər sonra: gözəlliyi diqqət çəkdi - VİDEO - FOTO  |     11:23 Ərini qaynar yağla öldürdü - FOTO  |     10:50 "Uzak şehir"dən gedir - FOTO  |     10:23 Çin avtomobilləri casusluq edirlər  |     10:05 300 min "Qalatasaray"lı Messidən bunu xahiş etdi  |     09:57 Metro istifadəçilərinə sevindirici xəbər - Sayı artırılır...  |    
CityNews.az » Mədəniyyət » Kino » “CineMastercard”da ən çox gözlənilən “0000 Kilometre” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO - FOTO

Mədəniyyət / Kino

“CineMastercard”da ən çox gözlənilən “0000 Kilometre” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO - FOTO


"Dəniz Mall" TM-də yerləşən "CineMastercard" premium kinoteatrında Türkiyənin məşhur "0000 Kilometre" melodramının qala gecəsi keçirilib. Filmin ssenarisi bu ilin ən çox izlənilən filmlərdən biri olan "3391 Kilometre"-in davamıdır.

Tədbirə rejissor və prodüser Deniz Enyüksek, əsas aktyorlar Derya Pınar Ak, Ahmet Haktan Zavlak, eləcə də filmi çəkilmış kitabın yazıçısı Beyza Alkoç dəvət olunublar.

Filmin qəhramanları media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və bütün pərəstişkarlar ilə şəkil çəkdiriblər. Azərbaycan tamaşaçıları türkiyəli qonaqları hərarətlə, gur alqışlarla və hədiyyələr ilə qarşıladı.

"0000 Kilometre" sevgilərinin başladığı İzmird şəhərində yolları yenidən kəsişən İzmir və Egenin hekayəsindən bəhs edir. Bir telefon zəngi iki sevgilinin həyatını dəyişir. Aralarında yenə bir məsafə yarandı. İndi cütlüyü "sıfır kilometr" ayırır. Onlar birlikdə həyatın acı-şirinli sürprizləri ilə qarşılaşacaqlar.

Tədbirin təşkilində Cinema Distribution, "Coffemania" restoranlar şəbəkəsi, "Hill" restoranı, foto və video çəkiliş - "Light in Black" kreativ şirkəti dəstək göstəriblər.

"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.



[media=]


[media=]