Valyuta məzənnəsi:
20:35 Azərbaycanlı aparıcıdan MARAQLI RƏQS - VİDEO  |     20:35 Ulduz futbolçu “Çelsi”dən gedir  |     20:30 Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO  |     20:11 Atasına görə efirdə göz yaşı tökdü - VİDEO  |     19:15 Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı  |     19:08 Səmranın idman zalından paylaşımı GÜNDƏM OLDU - VİDEO  |     18:36 Zeynəb kriteriyalarını SADALADI: "Boyu elə olsun ki..." - VİDEO  |     18:06 Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb  |     17:51 Baş nazirdən su təchizatı ilə bağlı qərar  |     17:44 Damlanın estetiksiz halı - VİDEO  |     17:25 Stoltenberq: Ukrayna NATO-nun üzvü olacaq  |     17:03 Ançelotti Ardaya görə ulduz futbolçuların üstündən xətt çəkdi  |     16:53 "Mənə salam vermirlər" - VİDEO  |     13:25 Bakıda yeni park salınacaq  |     11:20 “Qarabağ”ın 30 oyunluq seriyası qırıldı  |     18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |    
CityNews.az » Mədəniyyət » Akademik Musiqili Teatrın kollektivi Elçin Həmidovun məzarını ziyarət etdilər

Mədəniyyət / Cəmiyyət

Akademik Musiqili Teatrın kollektivi Elçin Həmidovun məzarını ziyarət etdilər


Bu gün tanınmış aktyor, unudulmaz gülüş ustası, Əməkdar artist Elçin Həmidovun vəfatının 10-cu ildönümüdür.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, anım günündə aktyorun uzun illər çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi, sənət dostları onun məzarını ziyarət ediblər.

Ziyarətdə iştirak edən teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev və tanınmış aktyorlar mərhum sənətkarın həyat və fəaliyyətindən söz açaraq, onunla bağlı xatirələrini bölüşüblər. Onlar çıxışlarında Elçin Həmidovun sənətinin böyüklüyündən, yaratdığı hər bir obrazın özünəməxsusluğundan söz açaraq, aktyorun işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildiriblər.

Xatırladaq ki, Elçin Həmidov 1983-cü ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışıb. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaratmağa nail olmuşdur.

Mərhum sənətkar “Olmadı elə, oldu belə” (S.Ələsgərov, Ş.Qurbanov), “Boşanaq, evlənərik” (V.Adıgözəlov, Ə.Kürçaylı), “Qarğa məndə qoz var” (H.Qurbanov, C.Aslanoğlu), “Qızıl gül” (S.Hacıbəyov), “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi), “Özümüz bilərik” (S.Ələsgərov, Ş.Qurbanov), “Subaylarınızdan görəsiniz” (S.Ələsgərov, İ.Məlikzadə), “Hərənin öz ulduzu” (S.Ələsgərov, İ.Məlikzadə), “Nəğməli Könül” (E.Sabitoğlu, X.Hasilova), “Əlin cibində olsun” (O.Rəcəbov, A.Babayev), “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), “İdialı qaraçı” (İ.Kalman), “O olmasın, bu olsun” (Ü.Hacıbəyli), “Talelər qovuşanda” (R.Hacıyev), “Ər və arvad” (Ü.Hacıbəyli), “Aldın payını, çağır dayını” (V.Adıgözəlov, Anar) və digər onlarla tamaşalarda çıxış etmişdir. Aktyorun teatrda ifa etdiyi son obraz “Evlənmə” (N.V.Qoqol) komediyasında Yaiçnitsa olmuşdur.

Qeyd edək ki, aktyor 2011-ci il martın 4-də ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin.