Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |    
CityNews.az » Mədəniyyət » "Milli musiqi" günü qeyd olunur"

Mədəniyyət / Cəmiyyət

"Milli musiqi" günü qeyd olunur"


18 sentyabr Azərbaycanda "Milli musiqi" günü kimi qeyd olunur.

Magazinews.az xəbər verir ki, bu gün dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günüdür. Bu səbəbdən  hər il 18 sentyabr Azərbaycanda "Milli Musiqi Günü" kimi qeyd olunur.  Bu günün musiqi günü kimi qeyd olunmasının ənənəsini isə görkəmli bəstəkar və drijor maestro Niyazi qoyub.
1995-ci ildə ulu öndər Heydər Əliyev Üzeyir Hacıbəyovun 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması ilə bağlı fərman imzalayıb. 
  Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də anadan olan Üzeyir Hacıbəyov Şərqdə ilk operanın əsasını qoyan və musiqili komediya janrını yaradan şəxsiyyətdir. O, 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. Üzeyir Hacıbəyovun “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb. Dahi bəstəkarın Azərbaycan mədəniyyətinə bəxş etdiyi musiqi incilərindən biri də bəstələdiyi "Koroğlu" operasıdır. Ü.Hacıbəyov həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir. “Professional Şərq musiqisinin atası” adlandırılan görkəmli bəstəkarımızın anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub.