Valyuta məzənnəsi:
17:13 "Valideynini sevən oğlan ana uşağı olmur" - (Video)  |     16:45 İstanbulda ən çox bu müğənnimizə qulaq asırlar - Adlar - (Video)  |     16:13 Şəhriyar Əbilov məşhur “Qəfəs”dən danışdı - (Video)  |     14:53 Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)  |     14:36 Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"  |     14:30 Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"  |     14:00 Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi  |     13:43 Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?  |     11:23 “Volkswagen” 22 min elektromobili geri çağırır  |     10:43 Roy Kin: ““Mançester Yunayted” sirkə çevrilib”  |     10:20 Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)  |     10:10 Türkiyə Superliqasında ötən ayın ən yaxşısı seçildi  |     09:43 Tyerri Anri Lamine Yamala: “Bunu "Qalatasaray"lı oyunçuya necə etdin?”  |     09:35 Nadir Qafarzadə ilə Elza Seyidcahanın rəqsi diqqət çəkdi - (Video)  |     09:05 Azərbaycan Premyer Liqasında VIII tura start verilir  |     08:50 UEFA Avropa Liqası: "Beşiktaş" və “Milan” səfərdə qalib gəldi  |     16:45 Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)  |     16:10 Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)  |     15:05 Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)  |     14:05 Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)  |    
CityNews.az » Əsas » "Ərimlə yatan və sonra mənə şəkilləri göndərən qadın" - Nara İkardini onunla da ALDADIB - FOTOlar

Əsas / Son xəbərlər / İdman / Maraqlı / Maqazin

"Ərimlə yatan və sonra mənə şəkilləri göndərən qadın" - Nara İkardini onunla da ALDADIB - FOTOlar


"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi və boşanmaq üzrə olduğu həyat yoldaşı Vanda Nara arasındakı qalmaqal gündəmdən düşmür.

Citynews.Az Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçu Naranın ona Keita Balde ilə xəyanət etdiyini sübut edən görüntüləri məhkəməyə təqdim etdikdən sonra keçmiş arvadının digər kişilərlə də ona xəyanət etdiyini etiraf etdiyi iddia edib.

Aldığı zədə səbəbi ilə mövsümü bağlayan və vətəni Argentinada əməliyyat olunan Mauro Nara haqqında daha bir bomba iddia ortaya atıb. Ölkəsində yayımlanan "Mañanísima" adlı televiziya proqramında jurnalist Naranın xəyanət etdiyini etiraf etdiyini açıqlayıb. İddianı ortaya atan jurnalist "Vanda ilə danışdım və mənə hər şeyi dedi. İndi danışmıram, amma o vaxt demişdi və mənə işlərin necə olduğunu söyləmişdi. Mənə, 'Bəli, Keita ilə görüşmüşəm. Mauro məni C. Suarez ilə aldatmasından bir il sonra idi. Ayrıldım və özümü heç kimə açıqlamaq məcburiyyətində qalmadım dedi" ifadələrini işlədib.

Jurnalist deyib ki, "O heç nəyi gizlətmir və ya inkar etmir, heç nəyi gizlətməyə ehtiyacı yoxdur. Mənə yalnız Keita ilə çıxmadığını deyil, ayrıldıqdan sonra bir qızı olduğunu da söylədi. Subay bir qadın olduğunu və başqa kişilərlə də görüşdüyünü, amma fərqin Keita kimi bunları yaymamaqları olduğunu söylədi" deyə açıqlama verib.

İkardi isə Keita ilə Naranın yazışmalarını məhkəməyə təqdim edib. İspaniya mətbuatında yayımlanan iddialara görə, Mauro məhkəməyə arvadının Balde ilə yaşadığı münasibəti sübut edən yazışmaları təqdim edib. Argentinalı ulduzunun bütün ödəmələri də dayandırdığı iddia edilib.

Futbolçunun vəkili Lara Piro "Mauro, L-Qante və L-Qantenin ailəsindən bilet və geyim aldığı üçün kartlarını tamamilə dayandırdı" deyib.

29 sentyabr 2022 tarixində yayımlanan yazışmalar isə diqqət çəkib. Votsap üzərindən göndərilən yazışmada, İkardinin Naraya həmin görüntüləri göndərdiyi və "Məndəki məlumatlar gerçəkdir. Mənə nə etdiyini söylə. Ona nə yazdığını mənə göndər. Mənə hər şeyi göndər və bəhanə axtarma. Nə etdiniz, Vanda?" ifadələrini yazdığı görünür.

Keita Baldenin keçmiş həyat yoldaşı Simona Guatieri isə Nara üçün "Ərimlə yatan və sonra mənə şəkilləri göndərən bir qadın" sözlərini deyib. Bu iddialardan sonra Keita ilə "Sivasspor" arasındakı müqavilə sona çatıb.

Hüseyn
Citynews.Az